Ukrayna Almaniyadan "İris" HHM sisteminin və "Leopard" tanklarının tədarükünü gözləyir

Ukrayna Almaniyadan "İris" HHM sisteminin və "Leopard" tanklarının tədarükünü gözləyirUkraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Ukraynaya tank və artilleriya sursatlarının, o cümlədən "İris" hava hücumundan müdafiə sisteminin tədarükünü sürətləndirməyə çağırıb.

"Report" xəbər verir ki, Kuleba bunu Kiyevdəki danışıqlardan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında deyib.

"Gizlətməyəcəyəm. Bugünkü danışıqlarımızın əsas mövzusu Ukraynaya silah tədarükünün artırılması və sürətləndirilməsidir", - Kuleba bildirib.

Nazir bildirib ki, rəsmi Kiyev Berlindən "İris" hava hücumundan müdafiə sistemindən əlavə "Leopard" tanklarının tədarükünü də gözləyir. Onun sözlərinə görə, bunun üçün heç bir maneə yoxdur.

"Amma bu qərar qəbul olunana qədər Almaniyanın Ukraynaya artilleriya sistemləri üçün sursat verməsi təklifi ilə həmkarıma müraciət etdim. Cəbhədə bizə lazım olan budur. Artilleriya sursatları indi bizim hücum imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa qadirdir və bu, bizə yeni əraziləri azad etməyə və insanların həyatını xilas etməyə kömək edəcək".

Öz növbəsində, Burbok Almaniyanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini bildirib. O, Almaniyanın Ukraynaya ağır silahlar tədarük edəcəyini vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949