Əvəz Zeynallı və Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİBBinəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən "Xural TV"nin baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlara baxıb.

"Report"un məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatlar təmin edilib.

Qərara əsasən hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

00:49

İspaniya La Liqasında "Xural TV"nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.

Əvəz Zeynallı dindirildikdən sonra məhkəməyə aparılıb. Baş Prokurorluq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib. Yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir.

Vəkil Elçin Sadıqov barəsində də Cinayət Məcəlləsinin 311-ci maddəsi üzrə cinayət işi başlanıb.

Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqovla bağlı həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.

Yaxın saatlarda növbətçi hakim tərəfindən təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, Elçin Sadıqovun adı müdafiəçisi olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq Əvəz Zeynallıya verilməsində hallanır. Vəkil özü isə bu məlumatları təkzib edir.

Bu gün onun evində və iş otağında Baş Prokurorluq əməkdaşları tərəfindən axtarış keçirilib, sənədlər götürülüb. Daha sonra isə E.Sadıqov özü də qurumun İstintaq İdarəsinə aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1165   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Vətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-də

14.05.2024 1119
.

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. "Unikal"ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanı

14.05.2024 772
.

Azərbaycanda həkim vəfat etdi - FOTO

Sumqayıt səhiyyəsinə ağır itki üz verib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunub ki, tanınmış həkim Riayət Hacıyev ötən gün uzunsürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib. Riayət Hacıyev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsind

14.05.2024 562
.

Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib. Axşam.az xəbər verir ki, MHP başqanı kişi sənətçinin üzündə makiyaj, əynində ətəklə səhnəyə çıxmasını utancverici adlandırıb. "İsveçi

14.05.2024 585
.

Sabah da yağış yağacaq

Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəz

12:33 183
.

Sumqayıtda məktəb direktoru vəzifəsindən azad edildi

Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub. Digər əmrlə, direktor vəzifəsinin icrası isə direktor müavini Vüsalə Bafayevaya həval

12:55 162
.

"Rusiya üçün Ermənistanın Aİ-yə üzvlüyü NATO kimi ağrılı deyil" - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzv olmağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, Rusiyanı daha çox qayğılandıran məsələ postsovet ölkələrinin Qərbin təhlükəsizlik sisteminə,yəni NATO-ya inteqrasiya mövqeyidir. Aİ ilə munasibətlərdə geosiyasi faktor ols

14.05.2024 365
.

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlə

14.05.2024 563
.

Avropanın ən qeyri-adi 10 qala və sarayı (SİYAHI)

Avropa qitəsi bütün mümkün memarlıq üslublarında çoxsaylı qalalar və saraylarla məşhurdur. Çox vaxt onlar mənzərəli yerlərdə yerləşir və əfsanələrlə örtülür. Buna görə də Avropaya gələn turistlərin əksəriyyəti üçün mütləq görməli yerdir. Qaynarinfo xəbər verir ki, "Daily Express" qitəyə səyahətini

14.05.2024 373