Bosniyada müsəlman soyqırımının təşkilatçısı xəstəxanaya yerləşdirilib

Bosniyada müsəlman soyqırımının təşkilatçısı xəstəxanaya yerləşdirilibBosniya və Herseqovinanın serb ordusunun keçmiş komandanı, Srebrenitsada müsəlmanların soyqırımında təqsirli bilinən Ratko Mladiç ağciyər iltihabı və ürəkdə küy diaqnozu ilə Haaqa xəstəxanasına yerləşdirilib.

Bu barədə generalın oğlu Darko Mladiç xəbər verib.

Onun sözlərinə görə, atasının vəziyyəti ağırdır.

Qeyd edək ki, Ratko Mladiç Srebrenitsada müsəlmanların soyqırımına və 1995-ci ildə Bosniyada BMT əməkdaşlarının girov götürülməsinə görə məhkum edilib. O, 2011-ci ilin mayında Serbiyada həbs edilərək Haaqa məhkəməsinə ekstradisiya edilənə qədər təxminən 16 il beynəlxalq ədalətdən gizlənib. Mladiçin işinə baxılması 530 gün çəkib, bu müddət ərzində 377 şahid dinlənilib və 10 minə yaxın maddi sübut təqdim edilib. 2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə qanunlarını və adətlərini pozmaq ittihamı ilə onu ömürlük həbs cəzasına məhkum edib. Həmin ilin dekabrında adıçəkilən tribunal fəaliyyətini dayandırıb. 2021-ci il iyunun 8-də Haaqa tribunalının apellyasiya palatası Mladiçin ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Srebrenitsa soyqırımı keçmiş Yuqoslaviyada vətəndaş müharibəsi gedən dövrdə - 1995-ci ilin iyulunda baş verib. General Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş ordu tərəfindən törədilən qətliam zamanı aralarında qadın və uşaqlar olmaqla azı 8300 bosniyalı müsəlman öldürülüb. Bu soyqırımı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 302   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Armen Qriqoryan və Həməd Xamis Əl-Kubaisi Ermənistan-Qətər münasibətlərinin perspektivlərini müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 21-də Dohaya işgüzar səfəri çərçivəsində Qətər Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini Həməd Xamis Əl-Kubaisi ilə görüşüb. xəbər verir ki, tərəflər Ermənistan-Qətər münasibətlərinin inkişaf perspektivlərini, o cümlədən iqtisadi

20:30 113
.

Avtobusun altında qalmaqdan son anda xilas oldu - VİDEO

Türkiyənin Karaman şəhərində 11 yaşlı uşaq avtobusun altında qalmaqdan son anda xilas olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə anı ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Qəzadan sürücünün diqqəti nəticəsində uşaq yayına bilib. Daha ətraflı olaraq videonu təqdim edirik:

14:33 151
.

Türkan makiyajsız VİDEOsunu paylaşdı

Bir müddət öncə estetik cərrah bıçağının altına yataraq gözəlləşən müğənni Türkan Vəlizadə yeni videosunu yayımlayıb. xəbər verir ki, yeni görünüşündən ilhamlanan sənətçi video çəkərək makiyajsız halını yayımlayıb. İzləyiciləri ilə bu görünüşünü paylaşan Vəlizadəyə müxtəlif rəylər gəlib. Sözügedən paylaşım

18:45 277
.

İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır?

Göyçayda son bir ay ərzində dörd ilansancma hadisəsi qeydə alınıb. Onlardan biri də beş yaşlı uşaq olub. Bəs ilanların sancmasından necə qorunmaq olar?. Mütəxəssislər qabaqlayıcı tədbir kimi evlərin həyətyanı sahələrinə kükürd tipli dərmanların səpilməsini tövsiyə edirlər. Həkimlər isə ilkin tibbi yardımı

16:58 281
.

Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdə

16:06 276
.

İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olundu

İlkin Süleymanovun bir müddətdir təxirə düşən növbəti apellyasiya məhkəməsinə yeni sədr təyin edilib, növbəti prosesin vaxtı məlum olub. "Report"un məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək prosesə Rafiq Cəfərov sədrlik edəcək. Digər hakimlər isə Əlzamin Abdullayev və Salma

20:36 147
.

"Beynəlxalq Atom Enerjisi Agentliyi Ermənistanın nüvə proqramını dəstəkləyir" - Rafael Qrossi

"Beynəlxalq Atom Enerjisi Agentliyi Ermənistanın nüvə proqramını, o cümlədən nüvə təhlükəsizliyinin gücləndirilməsini dəstəkləyir". xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsind

21:30 77
.

"İran bir müddət sonra xarici düşmən obrazı yaratmağa çalışacaq" - Politoloq

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra İranın daxili və xarici siayasətində dəyişikliklər gözlənilir. Politoloq Turan Rzayev -a bildirib ki, İran daxilində çəkişmələr arta bilər. Hadisənin regiona da təsirləri olacaq:. "İran prezidentinin ölümü regionda proseslərə təsirsiz ötüşməyəcək

15:17 395
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 158-ə çatıb

Xəbər verdiyimiz kimi, Braziliyada güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 158-ə çatıb, 88 nəfər itkin düşüb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama yayıb. Açıqlamada daşqından zərər çəkən insanların sayının 2 milyon 300 min nəfər

12:25 99