"Mehnur" reabilitasiya mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı qərarının ləğvi tələb olundu
Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən şikayət verilib.
APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər üç şəxs barəsində məhkəmə qərarından apellyasiya şikayəti verib.
O, apellyasiya şikayətində hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib.
Artıq şikayət Bakı Apellyasiya Məhkəməsində icraata verilib. Yaxın günlərdə zərərçəkmişin şikayətinə baxılacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıblar. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər üç təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 454 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda tələbə faciəli şəkildə öldü
Ötən gün faciəli şəkildə ölən şəxs tələbə olub. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Göyçayda cərəyanın vuraraq öldürdüyü 24 yaşlı İsmayıl İsmayılov Mingəçevir Dövlət Universitetində təhsil alırmış. Məlumat üçün bildirək ki, hadisə rayonun Potu kəndində qeydə alınıb
20.05.2024 933 Türkiyədə 1 günlük matəm elan edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "TRT haber" məlumat yayıb. Ərdoğan onu da bildirib ki, "AKINCI" İran rəhbərliyinin xahişi ilə qəza baş verən əraziyə göndərili
20.05.2024 626 İranda prezident seçkisinə start verilir: Tarix AÇIQLANDI
İranda prezident seçkisinin tarixi bəlli olub. Bu barədə ölkənin seçki qərargahının mətbuat katibi məlumat verib. Onun sözlərinə görə, namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq. Prezident seçkiləri isə iyunun 28-də keçiriləcək
20.05.2024 545 10 santimetrlik qələm udan uşaq sağ qaldı
Nepalda yeddi yaşlı uşaq təsadüfən 10 sm uzunluğunda qələm udub. -in xəbərinə görə, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, ana yeddi yaşlı oğlunu Katmandu xəstəxanasına aparıb. O, uşağın qələmlə oynadığını və yanlışlıqla udduğunu bildirib. Uşaq baş verənləri dörd saat sonra valideynlərin
20.05.2024 458 Çin 4 qabaqcıl texnologiyalı Yer müşahidə peykini orbitə buraxıb
Çin 4 qabaqcıl texnologiyalı Yer müşahidə peykini orbitə buraxıb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk şəbəkəsi yaratması planlaşdırılan "Pekin 3C" peykləri "Long March 2D" raketi ilə Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən orbitə çıxarılıb. Buraxılı
20.05.2024 216 Təhsil ocağını diskotekaya çevirən direktor işdən azad edildi
Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru işdən azad edilib. xəbər verir ki, bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmı
15:21 268 Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq
"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur. Bununla bağlı -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına "milli" statusunun verilməsi həmi
20.05.2024 378 Bu tibb müəssisələrinə direktorlar təyin olundu
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə direktor təyinatları olub. "Qafqazinfo" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, nazir Teymur Musayevin müvafiq əmrinə əsasən Rüstəm Rəşidoviç Talışinskiy Elmi-Tədqiqat Travmatologiy
10:52 264 Yaponiyada 6 bal gücündə zəlzələ oldu
Yaponiyanın paytaxtı Tokionun cənubunda yerləşən Oqasavara adaları sahillərində yerli vaxtla 09:39-da zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6 bal gücündə qeydə alınıb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerin 50 kilometr dərinliyində baş verib. Zəlzələdə
12:22 144