"Meyxana və müğənnilik sənətində özünə rəqib görmürəm" - Samirə

"Meyxana və müğənnilik sənətində özünə rəqib görmürəm" - Samirə"Fəhlə, hanbal həmişə işləməlidir. Heç vaxt bekar dayana bilməz. Çünki onun ixtiyarı yoxdur! Nökər nədir, bekar nədir?! Ailəmin nökəriyəm. Bir gün işləməsəm arxamda olan külfətim ac qalar. Hansı tətildən danışırsınız? Mən o bəxtəvərlərdən deyiləm ki, altımda pul yığıb saxlayım, gedib adada, Bodrumda dincəlim. Mən elə ölənə qədər işləyib, öləndə də belə öləcəm. Bütün həyatımı zəhmət çəkə-çəkə yaşamışam. Heç kimdən utanan yerim yoxdur. Allah yetirdiyi bir parça çörəyi balalarıma, ailəmə xərcləyirəm. Lazım olan qədərini şükür Allah mənə yetirir. Lakin artığını yetirmir. Əsas odur ki, heç kimə möhtac deyiləm. Bir tikə çörəyimizi güc-bəla ilə qazanırıq".

BiG.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O, daha sonra əlavə edib.

"Bəzən deyirlər ki, sənət ölüb. Sənət ölməyib, sənəti öldürüblər. Musiqi ruhlu insanlar, əsl sənətə, sənətkara qiymət verənlər var. Amma əfsuslar olsun ki, o cür insanların da imkanları yoxdur ki. bizə kömək etsinlər. Əsl sənətkarlar da arxa planda qalıb. Niyə? Çünki onlar ucuz, səviyyəsiz mahnılar oxuya bilmirlər, ona görə qalıblar arxa planda. Biz arxaya çəkildikcə onlar qabağa gedirlər. Ona görə də bu gün sənətdə sənətdən kənar adamlar daha çoxdur. Belə də olanda sənət ölməlidir" deyə müğənni bildirib.

Samirə Yusifqızı meyxana və müğənnilik sənətində özünə rəqib görmədiyini bildirib.

"Meyxana mənim üçün sənət deyil. Mən ali savadlı müğənniyəm. Hər zaman sənətim üçün yanmışam, özümü şam kimi əritmişəm. Bu sənətin xəstəsiyəm. Azərbaycan televiziyasının qızıl fondunda mahnılarım, konsertlərim qorunur. Min dəfə çıxıb desinlər ki, "Samirə müğənni deyil, onu tanımırıq". Bu məni heç maraqlandırmır. Mənə sənətkarlarımızın verdiyi diqqət, dəyər kifayət edir. Meyxanada inqilab etmiş xanımlardan biriyəm, birincisiyəm. Hər zaman da demişəm ki, qarşımda ikinci bir meyxana deyən xanım görmürəm, çox istərdim görüm. Gəlsin mənimlə bir yerdə deyişək. Amma böyük kütlə qarşısında pərt olub, qıpqırmızı qızarmasını gözünün qabağına alsın. Fəxr edirəm ki, Azərbaycan musiqi tarixinə mənim adım böyük hərflərlə düşüb" deyə müğənni bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 06 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

03.05.2024 853
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 227
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

16:20 146
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 731
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 469
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

15:12 103
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

14:59 133
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 521