Komaya düşdü, özünə baş daşı düzəltdi, həyat yoldaşını bıçaqla hədələdi - Hüseyn Dərya ilə niyə əlbəyaxa oldu?

Komaya düşdü, özünə baş daşı düzəltdi, həyat yoldaşını bıçaqla hədələdi - Hüseyn Dərya ilə niyə əlbəyaxa oldu?BiG.AZ Kulis.az-a istinadən məşhur reper Elşad Xose haqqında maraqlı faktları təqdim edir.

Elşad Əliyev 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlib. Özünə "Xose" təxəllüsünü orta məktəb illərində götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib.

***

1999-cu ildə 106 FM radio stansiyasında özünü aparıcı kimi sınayıb. Radioda işləyən dövrdə ilk treki olan "Allah" mahnısını yazdırıb.

Bir il sonra "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərovanın vaxtilə ifa etdiyi "Qəmgin mahnı" fonunda rep ifa edir. 20 dəqiqə ərzində studiyada yazılan bu mahnı ona uğur gətirir. Mahnıya çəkilən klipin təqdimatı 2000-ci il, mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilir.

***

İlk musiqi albomundan sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçür. Ancaq bir müddət sonra yenidən Bakıya qayıdır.

***

O, "İxlas", "Yox təbəssüm", "Qayıtdı xəyallar", "Hər şey bizə azdı", "Heç kəs əbədi deyil" repləri ilə məşhurluq qazanıb.

2007-ci ilin sentyabr ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılır. Onun üzərindən 0,533 qram heroin aşkarlanır. E.Xose barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılır və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs olunur.

***

2015-ci ildə isə Elşad Xose reper dostu Dado ilə yenidən polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıblar. Hər iki reper saxlanılarkən üzərlərindən narkotik maddə tapılıb. Bu söz-söhbətlərə reper müsahibələrinin birinə belə aydınlıq gətirib:

"Narkoman olmaq insanın özündən asılıdır. Heç kim məni məcbur narkoman etməyib. Narkotik dozasını aşaraq 2 gün komaya düşmüşəm".

Karyerası boyu reper digər həmkarları ilə həm yaxşı, həm də pis münasibətdə olub. Mərhum reper Hüseyn Dərya ilə bir zamanlar yaxşı münasibətləri olsa da, günlərin birində onlar Bulvardakı restoranların birində təsadüfən rastlaşırlar və mübahisə edilər. Bu mübahisə o qədər şiddətli olur ki, onlar hətta əlbəyaxa davaya çıxırlar. Küçədən keçən adamlar hər iki reperi ayırıb sakitləşdirir.

***

Reper ayaqqabı və papaq həvəskarıdır. Evində onlardan ibarət kolleksiyası var. Futbol izləməyi sevmir. Ən pis vərdişinin isə siqaret olduğunu bildirən Xose duşes içməyi çox sevdiyini deyir.

***

Ötən ilin iyun ayında Xose öz qəbrinin fotosunu paylaşaraq izləyiciləri təəccübləndirməyə nail olub. Məzar daşında reperin öz şəkli, təvəllüdü, ad və soyadı var idi.

Elşad Xose 2012-ci il, martın 27-də uzun illərdir münasibətdə olduğu rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurur. Ancaq onların münasibətləri yolunda getmir. Cütlük arasında müxtəlif dövrlərdə mübahisələr yaranır. 2012-ci il, sentyabrın 18-də cütlük yollarını ayırmaq qərarı verərək, boşanırlar.

***

Ancaq cütlük aralarındakı sevgini boşandıqdan sonra gizli saxlamağa çalışsalar da, alınmayıb. Xose keçmiş həyat yoldaşı Oksananı İnstaqramda təbrik edərək ona "Mənim sevgim" deyə müraciət edib.

Ailə həyatları uğursuz olsa da, sonrakı illərdə onlar yenə birlikdə görünür, bir-birləri haqqında xoş sözlər işlədirlər. Hətta Elşadla Oksana "Mələyin öpüşü" adlı filmdə baş rolları ifa edirlər. Həmin ilin sentyabr ayında filmin qala gecəsi baş tutur. Oksana və Elşad bu gecəyə birlikdə qatılır, bir-birləri haqqında xoş sözlər deyirlər. Ancaq bir ay sonra Elşadın Oksananı döyməsi ilə bağlı mətbuatda xəbərlər yayılır. Oksana Rəsulova bu xəbərin doğruluğunu təsdiq edərək, gecə ilə Elşadın onun evinə gəlib onu döydüyünü, bıçaqla hədələdiyini bildirir. Rəqqasə polisə müraciət edəndən sonra Xose polis tərəfindən saxlanılır. Bu hadisədən sonra onların əlaqələri kəsilir. Oksana xanım yenidən başqa şəxslə ailə həyatı qurur. Bu evlilikdən onun bir oğlu dünyaya gəlir.

***

Ötən ilin dekabr ayında isə Elşad Xose Lətifə adlı xanımla ailə qurur. "Səadət" sarayında keçirilən nikah mərasimində repçinin yaxın qohumları və tanışları iştirak edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4339   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bundan sonra telefon danışığı zamanı emoji göndərmək mümkün olacaq - VİDEO

"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır. Bu barədə "9to5Google" portalı xəbər verir. Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imka

10:20 157
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 503
.

"Google" rəsmi proqramlarla bağlı yenilik etdi

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu" qeydinin olmasına diqqət edilməlidir. Hazırda yenilik Avstraliya, Braziliya

04.05.2024 176
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 332
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 450
.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm". Akademi

11:20 214
.

Paltaryuyan maşın gün ərzində neçə dəfə istifadə edilə bilər?

Paltaryuyan maşında yuyulmalar arasında fasilə verilməsə, cihazın ömrü xeyli azalacaq. xəbər verir ki, bununla bağlı hər kəs ehtiyatlı olmalıdır. Paltaryuyan maşın nə qədər tez-tez işlədə bilər?. Birincisi, yuyulmalar arasında fasilə lazımdır. Paltaryuyan maşın ən azı 30 dəqiqə, əsasən isə iki-üç saa

14:50 342
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 278
.

Mayda niyə toy etməzlər?

Xalqımızın toy kimi bir adəti var. Lakin bu gözəl və maraqlı ənənənin qəliz tərəfləri də mövcuddur. El arasında "May ayında toy etməzlər", "May ağır aydır" deyə inanclar hərdən insanları çaş-baş salır. Məsələn, may ayında toy etmək istəyənlərin sayı olduqca azdır. Bu isə təbii ki

04.05.2024 445