Dmitri Stratiyevski: "Ukraynadakı hadisələr güclərin tükənməsi müharibəsidir"

Dmitri Stratiyevski: "Ukraynadakı hadisələr güclərin tükənməsi müharibəsidir""Fitch" agentliyi artıq Ukraynadakı müharibənin 2023-cü ildə də davam edəcəyini proqnozlaşdırır. Bununla belə daha uzun müddət üçün proqnozlar da səslənir.

Oxu.Az bu və bir çox başqa mövzularla bağlı alman politoloq, Berlin Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin direktoru Dmitri Stratiyevski ilə söhbət edib.

"Düşünürəm ki, Ukrayna rəhbərliyinin vəzifəsi Rusiya Federasiyasını elə şəraitə salmaqdır ki, müharibəni ən azı indiki intensivliyi ilə davam etdirə bilməsin. Rusiya Federasiyasındakı maddi xərclər və iqtisadi vəziyyət səbəbindən bu, sadəcə mümkün olmasın.

Bəli, bu, güclərin tükənməsi müharibəsidir, lakin hazırda Ukraynanın sadəcə olaraq başqa yolu yoxdur. Çünki Rusiya Federasiyası rəhbərliyinin iştahaları, gördüyümüz kimi, sonsuzdur. Ciddi britaniyalı analitiklərin, etibarlı mənbələrin bildirdiyinə görə, hərbi əməliyyatlar, təbii ki, müxtəlif intensivlik dərəcələri və müvəqqəti atəşkəslərlə səkkiz-on il davam edəcək", - deyə politoloq bildirib.

"Mən razıyam ki, Ukraynada bu cür döyüşlər uzun illər davam edə bilər. O vaxta qədər ki, Rusiyada, ilk növbədə rus elitasında müharibənin çox baha başa gəldiyi ilə bağlı fikir formalaşsın", - deyə Stratiyevski əlavə edib.

Sanksiyalar və onların təsir gücü ilə bağlı suala cavabında o bildirib ki, Rusiya Federasiyası əhalisinin əksəriyyəti hələ də sanksiyaların nəticələrini öz üzərində hiss etmir.

"Apple"ın Rusiyadan getməsinə indi çətin ki, Kostroma vilayətinin hansısa kəndində kimsə diqqət yetirsin. Amma tədricən bu, hiss olunmağa başlayacaq. Dəmiryolu daşımaları, hava nəqliyyatı, təchizat və Rusiya Federasiyası sənayesində Qərb texnologiyalarından asılılıq faktoru mövcuddur", - deyə politoloq qeyd edib.

O, həmçinin bildirib ki, Rusiya qlobal hərbi məğlubiyyət yaşamayacaq.

"Təəssüf ki, iki dövlətin hərbi texnikası bir-birinə uyğun gəlmir. Rusiya Federasiyası hələ də sovet dövründən qalma böyük texnika ehtiyatına sahibdir. Amma Kremldə praqmatiklər də var. Və bu müharibə çox bahalaşarsa, o zaman başa çata bilər. Artıq onda sülh müqavilələri və modelləri haqqında danışmaq mümkün olacaq. İndi danışıqlar masası arxasında sadəcə olaraq danışılacaq mövzu yoxdur", - deyə Dmitri Stratievski fikrini tamamlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 501   Tarix: 20 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xırdalanda direktor "fond pulu" tələb etdi, bağça nəzarətə götürüldü - YENİLƏNİB + VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti nəzarətə götürülüb. xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış səs yazıs

03.05.2024 591
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

03.05.2024 100
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 328
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 135