Yaşasa, 79 yaşı olacaqdı...

Yaşasa, 79 yaşı olacaqdı...Bu gün həm də 6 il əvvəl vəfat edən, Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın ad günüdür.

BiG.AZ OLAY-a istinadən "Primadonna"nın həyat və yaradıcılığı ilə bağlı məlumatları təqdim edir:

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti kimi çalışıb. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Yaşasa, 79 yaşı olacaqdı...İ. Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən sənətçinin evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.

Onun doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycanın Xalq Artisti Həbib Bayramovdur. Anası görkəmli Azərbaycan müğənnisi, Xalq Artisti Tükəzban İsmayılovadır.

İlhamə Quliyeva XX əsrin 80-cı illərində qısa müddətli ailə qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb. Müğənninin həyat yoldaşı Faiq Mirmöhsünov olub. Lakin o, qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
Onun öz övladı olmasa da, xalasının nəvəsi Orxan Nadirovu oğulluğa götürüb.

Yaşasa, 79 yaşı olacaqdı...İ. Quliyeva sənət fəaliyyəti müddətində bir çox undulmaz əsərə nəfəs verib, dillər əzbəri olan mahnılar təqdim edib. O, həm də "Toyda görüş", "Mahnı qanadlarında", "Payız melodiyaları" kimi filmlərdə də yer alıb. Onun "Kaman", "Neylərsən?", "De, görüm neyləmişəm?", "Unut məni", "Yaşın nə fərqi var ki", "Çiçək yağışı" kimi ifaları bu gün də sevilərək dinlənilir. Quliyevanın qalmaqallı çıxışları sosial şəbəkələrdə demək olar hər gün paylaşılır. Onun həmin videoları nəinki Azərbaycanda, qardaş ölkə Türkiyədə də sosial şəbəkə platformalarında yayımlanır.

Səhnəmizin "Primadonna"sını 79-cu ad günündə hörmət və sevgi ilə anırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1048   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qızıma heç 20 qəpik də vermirəm"

Aparıcı Elgiz Əkbər qızı lalə ilə bağlı etiraf edib. Axşam.az xəbər verir ki, o, bu haqda verilişində danışıb. Elgiz bildirib ki, heç vaxt övladına pul vermir. "Adam var deyir ki, uşağa 50 manat verirəm. Mən heç 20 qəpik də vermirəm. Olmaz. Çox pul verəcəksən, dəyişəcək" deyə, aparıcı əlav

14.05.2024 1546
.

"Kızlıcık Şerbeti"nin Görkeminin sevgilisi odur

"Kızlıcık Şerbeti" serialının Görkemi aktrisa Özge Özacarın sevgilisinin kimliyi məlum olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktrisa iş adamı Oğuz Özmenlə münasibətdədir

13.05.2024 664
.

Hande Yener konsert üçün Avropa turuna çıxacaq

Türkiyəli müğənni Hande Yener konsert üçün Avropa turuna çıxacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Müğənni anasının vəfatından sonra 2 aydır ki, konsert vermirdi

13.05.2024 314
.

Mətanətin fotoşopu diqqət çəkdi

Müğənni Mətanət Əsədova yeni fotosu ilə diqqət çəkib. OLAY yazır ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova ilə fotosunu paylaşan Əsədova fotoşopu ilə danışılıb. O, şəkildə belini "incəltmək" istəyərkən qolunu və bir ayağını qəribə hala salıb

13.05.2024 1082
.

Mahsun Kırmızıgül: "Bakıdakı bütün evlər mənimdir"

"Azərbaycanda çox qapım var". xəbər verir ki, bu sözləri məşhur müğənni Mahsun Kırmızıgül deyib. Paytaxtın qonağı olan ifaçı ölkəmizi çox sevdiyini və insanlarının qonaqpərvər olduğunu diqqətə çatdırıb. İfaçı bildirik onu hər kəs Bakıda qonaq etmək istəyər:. "Bakıdakı bütün evlər mənimdir

14.05.2024 1933
.

"Röyaya nə etmişəm ki, atası pis olub?"

Müğənni Elnarə Xəlilova Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə münasibətlərindən danışıb. Axşam.az xəbər verir ki, "Astar" verilişinə qonaq olan sənətçi aparıcı Ülvira Qarayevanın "Röya deyirdi ki, Elnarəni görəndə yaxasından yapışacağam. Bu nədir aramızda baş verir? Ata

14.05.2024 773
.

"Yalı çapkını"nda daha bir məşhur sima - Foto

"Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Tilbe Saran yer alacaq. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Tilbe son olaraq "Yaban çiçekleri", "Çöp adam" seriallarında rol alı

16.05.2024 1114
.

Tarkandan Analar günü ilə bağlı paylaşım - FOTOLAR

12 May bir çox ölkələrdə Analar günü kimi qeyd olunur. xəbər verir ki, müğənni Tarkan Analar günü ilə bağlı paylaşım edib. O, anasının və həyat yoldaşının şəklini paylaşaraq onların timsalında bütün anaları təbrik edib

13.05.2024 510
.

"Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"

"Rəşadla oxşar xüsusiyyətlərimiz çoxdur. Amma o elə bil bu zəmanənin adamı deyil. Oğlumda daha çox bəyənmədiyim şey budur. Çox rahat və sərbəstdir. İstərdim ki, daha çevik olsun. Amma sonradan düşünürəm ki, əslində biz bu barədə oxşayırıq. Mən də belə olmuşam". Axşam.az xəbər verir ki, bu sözlər

15.05.2024 722