Bakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLAR

Bakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARArtıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir.

"Qafqazinfo" xəbər verir ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar aparıblar.

Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən Bakıya dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısınını alınması ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu işlər çərçivəsində bir neçə gündür ki, şam ağaclarının çox olduğu ərazilərdə onun nəzarəti altında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağaclara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və onlar kimyəvi məhlullarla yuyulurlar. Eyni zamanda artıq müalicəsi mümkün olmayan və ətrafdakı ağaclar üçün təhlükə yaradan qurumuş ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin müvafiq rəyi əsasında kəsilərək utilizasiya edilir. Bu günə kimi Bakı şəhərində xəstəliyə yoluxan və müalicəsi mümkün olmadığından kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çoxdur.

Qabriel Eliazzın qeyd etdiyi kimi dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu prosses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq 3 il əvvəl Qafqaz bölgəsində qeydə alınıb və bu gün Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.

Əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqatlarda Mərkəzi Nəbatat Bağının alimləri də iştirak edirlər.

Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktiki tədbirlər daha geniş miqyas alacaq.

Bakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLARBakıda xarici mütəxəssislər ağacları belə müalicə etdilər - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 490   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrailin Qəzzaya hücumlarında can itkisi 35272-yə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 35272-yə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 223 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarl

16.05.2024 225
.

Paxıllıq hissi insanı ekstremizmə sövq edir - Alimlər

Cenevrə Universitetinin isveçrəli psixoloqları paxıllıq hissi ilə insanın radikal və ekstremist qruplarda iştiraka meyli arasında əlaqəni araşdırıb. Qaynarinfo xəbər verir ki, tədqiqat "Evolutionary Psychological Science" (EPS) elmi jurnalında dərc olunub. Radikallaşmanın ənənəvi nəzəriyyələr

15.05.2024 427
.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 229
.

Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır. Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı. İndi isə xanımların cehizi boğça-sandığa sığmır. Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?. Məsələ ilə bağlı "Xəzər"

15.05.2024 607
.

Mövsümün ən nüfuzlu futbolçusu seçildi

"CIES Football Observatory"nin 464-cü buraxılışı 2023/2024 mövsümündə dünyanın 54 liqasında çıxışları ilə yarışlara ən çox təsir edən oyunçuları açıqlayıb. Hər bir oyunçunun xalı 100 ballıq sistem üzrə hesablanıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri 98,5 xal toplayaraq bu mövsü

16.05.2024 267
.

İsrail 8755 fələstinlini əsir götürüb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən əsir alınan fələstinlilərin sayı 8755-ə çatıb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfində

16.05.2024 215
.

Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı

22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsində şübhəli bilinən Elvin İsmayılzadənin görüntüləri yayılıb. Baku TV həmin görüntüləri təqdim edir:

16.05.2024 939
.

Bu gün vəfat edən hərbçimizin FOTOSU

Azərbaycan Ordusunun hərbi qulluqçusu Sənan Kərəm oğlu Hüseynov vəfat edib. Sənan Hüseynovun fotosunu əldə edib. Həmin fotonu təqdim edirik:

16.05.2024 874
.

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Sabah güclü külək olacaq. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb. Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13,9-20,7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlak

16.05.2024 621