Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldı

Ermənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanıldıErmənilərin Laçın və Xocalıda törətdiyi yanğınlarla bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb:

"Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

Azərbaycan Respublikasının ərazilərində "Canlı təbiətin və təbii mühitin qorunması haqqında" 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 409   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc Rusiyada qəzada həlak oldu - ANBAAN VİDEO

Azərbaycanlı gənc Rusiyada yol-nəqliyyat hadisəsində ölüb. -ın məlumatına görə, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Kənan Bəhram oğlu Mehdiyev Rusiyada qəzaya düşüb. Nəticədə, aldığı xəsarətdən hadisə yerində həlak olub. Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonund

14.05.2024 535
.

ABŞ-da çökmüş körpünün dağıntıları nəzarət altında partladılıb

ABŞ-ın Baltimor şəhərində çökmüş körpünün partladılıb. BİG.AZ xəbər verir ki, Merilend ştatında yük gəmisinin toqquşması nəticəsində dağılan "Francis Scott Key" körpüsünün dağıntıları nəzarət qaydasında partladılıb. Bu barədə BBC məlumat yayıb. Məlumata görə, martın 26-da ölən sonuncu işçini

14.05.2024 166
.

Orta aylıq əməkhaqqı artıb

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub. Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. BİG.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər veri

14.05.2024 488
.

"Kızılcık şerbeti"nin aktrisası narkotikə görə saxlanılıb

"Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek polis tərəfindən saxlanılıb. Axşam.az xəbər verir ki, 29 yaşlı aktrisanın narkotik sifariş etdiyi ortaya çıxıb. Hadisə 29 oktyabr 2023-cü ildə baş verib. Beşiktaş İctimai Asayiş Bürosuna bağlı qrupla

14.05.2024 523
.

32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi - FOTO/VİDEO

32 il. 17 yaşlı bir qız öz arzusuna çatmaq üçün bu qədər gözləməli olub. Bu gün o, gənc tələbələrlə eyni masa arxasında oturaraq özündən yaşca kiçik müəllimlərdən dərs alır. Yaşı 53 olsa da, gözündəki həyəcan və oxumaq həvəsi elə 17 yaşındakı kimidir. Söhbət Gülşən Binnətovadan gedir. Gülşən xanım Bak

10:55 0
.

Putin Təhlükəsizlik Şurasının keçmiş katibini özünə müavin təyin edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevi özünə müavin təyin edib. xəbər verir ki, Putinin imzaladığı fərmanla Kreml Rəyasət Heyətinin inzibati rəhbərliyinə təyinatlar həyata keçirilib. Müvafiq olaraq, Kremlin mətbuat katibi Dmitri Peskov, Preziden

14.05.2024 219
.

Paşinyan Ermənistanın 2024-cü ildə Aİ-yə üzv olmasını arzuladığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın 2024-cü ildə Avropa İttifaqına üzv olmasını arzuladığını bildirib. xəbər verir ki, müzakirənin moderatoru Baş nazirdən Ermənistanın Aİ-yə hansı ildə qoşulmasını arzuladığını soruşub. "Hansı il? sualına Paşinyan "bu il " deyə cavab veri

14.05.2024 204
.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilir

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib. xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclə

14.05.2024 439
.

SDU-nun tələbəsi vəfat etdi

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb. Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğl

14.05.2024 402