"Avroviziya 2023"ə ev sahibliyi uğrunda 7 şəhər mübarizə aparacaq

"Avroviziya 2023"ə ev sahibliyi uğrunda 7 şəhər mübarizə aparacaqAvropa Yayım Birliyinin (AYB) qərarına əsasən, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün İngiltərənin altı şəhəri və Qlazqo namizədlərin qısa siyahısına düşüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AYB ilə birlikdə qalib şəhəri seçəcək "BBC" Yayım Korporasiyası məlumat verib.

"Birminqem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffildi təbrik edirik. Böyük Britaniyanın hər yerindən gələn müraciətlərin müxtəlifliyi heyrətamiz idi",- deyə korporasiyanın nümayəndəsi Keyt Fillips bildirib.

Müsabiqəyə ev sahibliyi etmək üçün Böyük Britaniyanın 20 şəhəri tərəfindən müraciətlər olunub, onlardan yeddisi bu miqyasda tədbirlərin təşkilində təcrübəyə malik şəhərlər kimi seçilib. "BBC" tərəfindən qiymətləndirilərək bir sıra göstəricilər üzrə ən yüksək bal toplayan şəhər qalib olacaq. Müsabiqənin keçiriləcəyi şəhərin adı payızda açıqlanacaq.

Qeyd edək ki, Turində keçirilən 66-cı "Avroviziya" mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra "Stefaniya" mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, "Avroviziya" müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə "Avroviziya"ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün "BBC" ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə "Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 658   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875