Bu qurumlarda çalışanlar avtobusda ödənişdən boyun qaçırır

Bu qurumlarda çalışanlar avtobusda ödənişdən boyun qaçırırBakıda ictimai nəqliyyatda gediş haqqı 30 qəpikdən başlayaraq hesablanır. Şəhər və qəsəbələrarası marşrut xətlərində isə bu qiymət artan tariflə dəyişir. Hazırda Azərbaycanda ictimai nəqliyyatdan istifadədə gediş haqqı digər ölkələrlə müqayisədə kəskin aşağı olsa da, bu sahədə güzəştli kateqoriya müəyyən edilməyib. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən Azərbaycanda yalnız aşağıdakı kateqoriyaya daxil olan şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüquqları var: 5 yaşa qədər uşaqlar, həqiqi hərbi xidmət keçən qulluqçular - yəni, əsgərlər və xidməti vəzifəsini yerinə yetirən polislər.

Lakin bir çox hallarda bu kateqoriyalara aid olmayan insanlar da ictimai nəqliyyatdan pulsuz istifadə etməli olduqlarını bildirirlər. Bəzən bu hallar avtobusların lazımsız gecikməsinə, sürücü ilə münaqişələrə də səbəb olur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Qafqazinfo"ya bildirib ki, dövlət qurumlarında çalışan bir sıra insanların ictimai nəqliyyatdan istifadə edərkən ödənişdən boyun qaçırması hallarına tez-tez rast gəlinir:

"Daşıyıcı şirkətlərdən dəfələrlə bildirilib ki, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumların baş idarələrində və alt idarələrində çalışan bəzi şəxslər avtobuslardan istifadə edərkən gediş haqqı ödəmirlər. Bununla bağlı çoxsaylı videogörüntülər də var. Bütün əhali kateqoriyalarına mənsub olan şəxslər gediş haqqını ödəyib ictimai nəqliyyatdan istifadə edirsə, nə üçün nazirliklərdə işləyən, rütbə daşıyan, dövlət tərəfindən hər bir təminatı olanlar bu 30 qəpiyi ödəməməlidir?"

E.Muradlı əlavə edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai nəqliyyatda güzəştli kateqoriyalıinsanların dairəsini genişlətmək mümkündür: "Sosial həssas kəsimə aid olan insanlar, xüsusilə tələbələr, pensiyaçılar nəzərə alınmalıdır, bilet sisteminə keçmək lazımdır. Amma bunun üçün əvvəlcə doğru-dürüst ictimai nəqliyyat sistemi yaratmaq lazımdır. Təəssüf ki, 7-8 ildir yaradılan, böyük ümidlər bəslənən Bakı Nəqliyyat Agentliyi bu illər ərzində buna nail ola bilmədi. Bakı şəhərinin yarısı hələ də gediş haqqını qəpiklə əlbəəl ödəyir. Bu biabırçılıqdır. Hələ BNA-nın balansında olarkən "Bakubus" üçün alınan ən müasir tələblərə cavab verən yüzlərlə Fransa istehsalı avtobusların məhv edilməsini demirəm. Sərnişinlərə güzəştlər edilərkən nəzərə alınmalıdır ki, ictimai nəqliyyatın böyük hissəsini özəl sektor öz üzərinə götürüb və onlara dövlət tərəfindən dəstək verilmir".

Qeyd edilən məsələ ilə bağlı "Bakubus" MMC-dən bildirilib ki, ictimai nəqliyyatdan yalnız qanunla güzəşt nəzərdə tutulmuş şəxslərin ödəniş etmədən istifadəsinə icazə verilir. Digər şəxslərin isə ödəniş etməsi mütləqdir.

İri daşıyıcılardan olan "Xaliq Faiqoğlu" şirkətindən isə bildirilib ki, avtobuslardan ödənişsiz istifadə etmək istəyən şəxslərlə hər gün qarşılaşırlar: "Xüsusilə xidməti formada olan bəzi insanlar güzəştli kateqoriyaya mənsub olduğunu düşünərək 30 qəpik gediş haqqını ödəməkdən yayınmağa çalışırlar. Biz onlara güzəştli kateqoriyaya daxil olmadıqlarını, yalnız 5 yaşadək uşaqların, əsgərlərin və polis əməkdaşlarının qanunla müəyyən edilmiş formada avtobusa ödəniş etmədən daxil ola biləcəklərini bildiririk. Hətta yüksək xidməti rütbəsi olan şəxslərin də kartla gediş haqqını ödəmədən avtobusa daxil olduğunu, bəzən arxa qapıdan nəqliyyat vasitəsinə daxil olaraq digər sərnişinlər üçün neqativ nümunə olduqlarını görürük".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 904   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 139
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 194
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 836
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 60
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 234
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 345
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 245
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 102
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 715