Ronaldunun bacısı "Real"ın prezidenti Peresə acıqlandı: "Özünə hörmət et, qoca..." - FOTO-VİDEO

Ronaldunun bacısı "Real"ın prezidenti Peresə acıqlandı: "Özünə hörmət et, qoca..." - FOTO-VİDEO"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyro "Real"ın prezidenti Florentin Peresin portuqaliyalı futbolçu ilə bağlı açıqlamasına sərt cavab verib.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda "Ayntraxt"la oyundan əvvəl azarkeşlərdən biri Madrid klubunun rəhbərinə portuqaliyalının kluba qaytarılmasının mümkünlüyü ilə bağlı sual verib. Peres əvvəlcə azarkeşlərin kimi nəzərdə tutduğunu başa düşməyib.

"Kim?" – deyə "Real"ın prezidenti soruşub. Bir az fasilədən sonra isə gülümsəyərək əlavə edib: "Kriştianu? Yenidən? 38 yaşında?.."

Katya Aveyro isə bu cavaba kəskin reaksiya verib.

"Onun 38 yaşı var, amma hələ də iki metrdən çox hündürlüyə tullanmağı və üç dəqiqə orada qalmağı bacarır, bədənində yağ yoxdur. Özünə hörmət et, qoca, sənin 75 yaşın var..." - deyə o, sosial şəbəkədə yazıb.

Ronaldu 2009-2018-ci illərdə Madrid klubunda çıxış edib. Bu müddət ərzində portuqaliyalı iki dəfə İspaniya çempionu, eyni sayda ölkə kubokunun sahibi olub. Bu müddət ərzində o, dörd dəfə Çempionlar Liqasının qalibi olmağı bacarıb. (Oxu.az)

Ronaldunun bacısı "Real"ın prezidenti Peresə acıqlandı: "Özünə hörmət et, qoca..." - FOTO-VİDEORonaldunun bacısı "Real"ın prezidenti Peresə acıqlandı: "Özünə hörmət et, qoca..." - FOTO-VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 761   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 375
.

Luis Enrike PSJ-də qalacaq

PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike PSJ klubundan ayrılmayacaq. Məlumata görə, 54 yaşlı mütəxəssis növbəti mövsüm Paris təmsilçisindəki fəaliyyətini davam etdirəcək. PSJ klubunun rəsmiləri Luis Enrikenin işindən razı olduqlarını və daha yaxşı işlər görə biləcəyinə inandıqlarını bildiriblər. Qey

09.05.2024 223
.

Azərbaycan Premyer Liqası: "Neftçi" "Kəpəz"i darmadağın etdi - VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun görüşlərinə start verilib. xəbər verir ki, ilk oyun günü "Neftçi" və "Kəpəz" kollektivləri üz-üzə gəlib. "Neftçi Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-c

10.05.2024 280
.

"Barselona" Levandovskini "Liverpul"un ulduzu ilə əvəz edə bilər

"Barselona" polşalı hücumçu Robert Levandovskini "Liverpul"un ulduzu Darvin Nunyeslə əvəz edə bilər. Məlumata görə, "Barsa" Nunyesi qarşıdakı yay üçün transfer hədəflərindən birinə çevirib. Kataloniya klubu heyət xərclərini azaltmağı planlaşdırır və yüksək maaş alan Levandovskidə

05.05.2024 283
.

Mbappe "Real Madrid"in keçmiş futbolçusunun evini aldı

Kilian Mbappe "Real Madrid"in keçmiş ulduz futbolçusunun evini 18 milyon avroya alıb. Məlumata görə, fransalı ulduz futbolçu ispaniyalı Serxio Ramosun Madriddəki evi üçün ispaniyalı müdafiəçiyə 18 milyon avro ödəyib. "Real Madrid" klubu ilə rəsmi müqavilə imzalamayan Kilian Mbappeni

04.05.2024 291
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 563
.

Peres 55 milyon avroluq ulduzun transferindən imtina etdi: "Arda Güler ​​daha yaxşıdır"

Möhtəşəm mövsüm keçirən "Real Madrid" yeni mövsüm planlaması çərçivəsində transfer etməyi planlaşdırdığı 55 milyon avroluq super ulduzdan imtina edib. Söhbət Braziliyanın ən istedadlı gənc futbolçularından biri, "Palmeyras"ın sağ cinah müdafiəçisi Estevan Villiandan gedir. Bildirili

11.05.2024 307
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 273
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 414