Məktəb direktoru vəzifəsinə qəbul başladı

Məktəb direktoru vəzifəsinə qəbul başladıBu gündən ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə başlanılır.

Bu barədə BiG.AZ-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilir. Proses nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək. Direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

"Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları"na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların yarısını düzgün cavablandıran namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.

Test imtahanından əvvəl bölmələr üzrə nümunə test tapşırıqları paylaşılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 459   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 943
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 185
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 214
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 477
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

26.04.2024 477
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

12:45 133
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292
.

Övladlarından Bəsdi Sevdiyevaya qadağa

Əməkdar artist Bəsdi Sevdiyeva ailəsinin ona qoyduğu qadağadan danışıb. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında danışıb. O bildirib ki, övladları ona efirdə ağlamağı qadağan ediblər. Bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtaydan danışan B.Sevdiyev

14:16 108
.

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?. -a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqi

14:38 69