Hansı ölkələrə səfər etmək təhlükəlidir? - SİYAHI

Hansı ölkələrə səfər etmək təhlükəlidir? - SİYAHIKoronavirus pandemiyası iki ildən çoxdur ki, dünyanı ağuşuna alıb. Üstəlik COVID-19-un bir-birindən təhlükəli ştammının yaranması dünya ölkələrini yeni problemlə qarşı qarşıya qoyub. Əgər 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli məkanlar adlanırdısa, son aylar bu siyahı yenilənib və dəyişib. İndi tamamilə başqa ölkələr pandemiya dövründə təhlükəli olan ölkələr adlanırlar. Üstəlik, meymunçiçəyi xəstəliyini də bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğu məlum olur.

BiG.AZ Reporta- istinadən dünyanın ən təhlükəli ölkələrinin siyahısını təqdim edir.

Araşdırmalar, statistik göstəricilər sübut edir ki, hazırda pandemiya baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. "Gündoğar ölkə"də təkcə son sutkada 196 732 nəfər insan koronavirusa yoluxub, 250 nəfər ölüb. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 14 618 271 nəfərə, ölənlərin sayı isə 34 075 nəfərə çatıb.

Üstəlik, ötən ay Yaponiyada meymunçiçəyi xəstəliyinə yoluxma da qeydə alınıb.

Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da son gün ərzində daha 175 nəfər koronavirusun qurbanı olub, 26 703 insanda COVID-19 aşkarlanıb.

ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. ABŞ-da 6,6 min nəfərdən çox insan bu virusa yoluxub.

Qərbi Avropa ölkəsi İtaliyada da vəziyyət olduqca acınacaqlıdır. Ölkənin səhiyyə orqanlarının ümumiləşmiş məlumatına görə, son sutkada 145 koronavirusdan ölüb, daha 31 699 təhlükəli virus aşkarlanıb.

Avstraliyada son sutkada pandemiya qurbanlarının sayı 133 nəfər təşkil edib, 27 329 nəfərdə koronavirus aşkarlanıb.

Siyahıdakı ilk yerlərdə Meksikanın da adı var. Şimali Amerika ölkəsində 95 nəfər koronavirusdan ölüb, daha 15 738 nəfərdə COVID-19 aşkar edilib.

Qonşu İranda da vəziyyət ürəkaçan deyil. İslam Respublikasının səlahiyyətli orqanlar bildirir ki, koronavirus daha 90 nəfərin həyatına son qoyub, COVID-19 xəstələrinin siyahısına əlavə olaraq 5 635 nəfər qoşulub.

Fransa son bir gündə 88 vətəndaşını COVID-19-dan itirdiyini, daha 27 081 insanda təhlükəli virusun aşkarlandığını açıqlayıb.

Macarıstanda da son sutkada onlarla insan koronavirusdan vəfat edib. Məlumata görə, 80 nəfər koronavirusun qurbanı olub, 18 078 insanda təhlükəli virus aşkarlanıb.

Siyahıya həmçinin Rusiya (son sutkada 56 ölüm, 23 771 yeni yoluxma), Cənubi Koreya (bir gündə 50 ölüm, 151 734 yeni yoluxma), Tailand (sutkalıq 32 ölüm, 2 335 yoluxma), Polşa (31 ölüm, 4,482 yeni yoluxma), Rumıniya (25 ölüm), Filippin (25 ölüm) və digərləri daxildir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 459   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Demet Akalından Hande Erçelə - "Qız çöküb"

Xəbər verdiyimiz kimi, Fransada 77-ci "Kann" kinofestivalına qatılanlar arasında türkiyəli aktrisa Hande Erçel də yer alıb. Axşam.az-ın məlumatına görə, onun tədbirdən olan fotosu sosial mediada yayılıb. Şəkillərdən birinə türkiyəli müğənni Demet Akalın şərh yazıb. O, paylaşıma "Handeni

17.05.2024 858
.

"Yalı çapkını"nda daha bir məşhur sima - Foto

"Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Tilbe Saran yer alacaq. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Tilbe son olaraq "Yaban çiçekleri", "Çöp adam" seriallarında rol alı

16.05.2024 1558
.

Fidan Qasımova və Nahidə Orucovanın nəvəsi oldu

Xalq artisti Fidan Qasımova ilə Əməkdar artist Nahidə Orucovanın nəvəsi olub. Axşam.az xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində deyilib. F.Qasımovanın oğlu Fəridlə ailəli olan N.Orucovanın qızı Bilqeyisin qızı dünyaya gəlib. Qeyd edək ki, Fərid və Bilqeyis 2020-ci ildə ailə quru

19.05.2024 543
.

"Qadının geyiminə görə mağazadan qovulması qanunsuzdur"

Aparıcı Rövşanə Ağasəfqızı bir müddət əvvəl geyiminə görə mağazadan qovulan qadından danışıb. Axşam.az xəbər verir ki, bu haqda "Günə son" proqramında söz açan aparıcı qadının hüquqlarının pozulduğunu deyib:. "Qıcıqlandım, qovulan xanım geyiminə görə qovulubsa, hüquqi müstəvidə buna yanaşsayd

15.05.2024 705
.

Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... Görənlər ŞOK OLDU - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib. Aktrisa videonun qışda Şəkidə çəkildiyini deyib. "Bu video "Xənnas" filminin çəkilişləri baş tutan zaman çəkilib. Oynadığım oğlan rejissorumuz Elvin Abdullayevdir. Çəkilişlər gecədən səhərə kimi olduğunda

18.05.2024 1251
.

"Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"

"Rəşadla oxşar xüsusiyyətlərimiz çoxdur. Amma o elə bil bu zəmanənin adamı deyil. Oğlumda daha çox bəyənmədiyim şey budur. Çox rahat və sərbəstdir. İstərdim ki, daha çevik olsun. Amma sonradan düşünürəm ki, əslində biz bu barədə oxşayırıq. Mən də belə olmuşam". Axşam.az xəbər verir ki, bu sözlər

15.05.2024 888
.

Hadise konsert qiymətini artırdı

Türkiyənin məşhur müğənnisi Hadise konsert qiymətini artırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edək ki, yeni 3 fərqli reklama çəkilən Hadise onların hər birində

15.05.2024 635
.

Gülay Zeynallı gözəlliyi ilə HEYRAN ETDİ - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini yayımlayıb. Fotolarda Gülay görünüşü ilə diqqət çəkib. Həmin fotoları təqdim edirik:

19.05.2024 3723
.

Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - Foto

Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə foto yayımlayıb. Axşam.az xəbər verir ki, şəkli Ülviyyə instaqram hesabında yerləşdirib və həyat yoldaşını işarələyib. Həmin fotonu Murad da yayımlayaraq "Çoxdandır şəkil paylaşmırdıq, dedim, sükut

16.05.2024 2278