Ev almaq istəyənlərə BƏD XƏBƏR

Ev almaq istəyənlərə BƏD XƏBƏR"Bu ilin ilk dörd-beş ayında evlərin qiymətində baş verən dinamik artımlar hazırda müşahidə olunmur. Müəyyən qədər qiymət artımları var, amma nisbi xarakter daşıyır. Ay ərzində orta qiymət iki-üç faiz dəyişir".

Bunu "Unikal"a açıqlamasında ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, sentyabr ayının ortalarından etibarən qiymətlər artacaq:

"Bu da mövsümi faktorlarla bağlıdır. İlin əvvəlində dinamik qiymət artımı oldu, müraciətlərin sayı qismən azaldı. Limitdən asılı olaraq ipoteka kreditlərinin verilməsində səngimələr baş verdi. Bu səbəbdən, qiymətlərin artımı nisbi xarakter aldı. Amma ilin sonuna doğru qiymət artımları gözlənilir. Bunun da bir neçə səbəbi var. Belə ki, tikinti materialları və istehlak bazarında olan qiymət artımları, regional siyasi, iqtisadi və sair amillər buna təsir edir. Eyni zamanda, Azərbaycanda tikinti ilə bağlı müəyyən inzibati qərarların qəbul olunması və dəyişikliklər də tikintidə qiymət artımının baş verməsinə səbəb olur. Torpaq sahələrinin qiymətinin artması, onların məhdudlaşması, tikintinin dəyərində torpağın xüsusi çəkisinin artımı və sair ilkin bazarda qiymət dəyişikliyinə gətirib çıxarır. Bu da bütün bazar üzrə qiymət artımlarına səbəb olur".

Bakının hansı ərazilərində evlərin baha qiymətə olmasına gəlincə, ekspert bildirib ki, mərkəzdən başlayaraq kənarlara doğru qiymət azalır.

"Bakının mərkəzində bəzi ərazilərdə yeni tikililərdə təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti beş min manatdan çoxdur. Mərkəzdən kənarlaşdıqca bu rəqəmlər azalmaya doğru gedir. Bakı üçün qismən kənar ərazilər hesab olunan Həzi Aslanov, Əhmədli, Yeni Yasamal, Biləcəri və bu kimi ərazilərdə müşahidə olunan qiymətlər bir kvadratmetr üçün 1 000 manat üzərindədir. Üç il bundan əvvəl bu rəqəmlər çox aşağı idi. Bu onu deməyə əsas verir ki, qarşıdakı dövrlərdə həmin qiymətlər bir qədər də arta bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 758   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109