Səhiyyə Nazirliyi: "Çəkisi 50 kq-dan aşağı olanların qan verməsi tövsiyə olunmur"

Səhiyyə Nazirliyi: "Çəkisi 50 kq-dan aşağı olanların qan verməsi tövsiyə olunmur""Yaşı 18-dən 65-dək olan hər kəs donor ola bilər. Bundan başqa, donor olmaq istəyənlərdə çəki məhdudiyyəti var. Belə ki, çəkisi 50 kiloqramdan aşağı olan şəxslərin qan verməsi tövsiyə olunmur".

BiG.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

O bildirilib ki, donor ən tezi 3 aydan bir təkrar qan verə bilər, çünki qırmızı qan hüceyrəsi olan eritrositin ömrü təxminən 90-120 gündür: "Qan verməzdən əvvəl yaxşı yatmaq və səhər yeməyi vacib amildir. Qidalanma zamanı şirin çay, kompot, mineral su, mürəbbə, çörək, tərəvəz və meyvə qəbul edilməsi tövsiyə olunur. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir. Bu qaydalara əməl olunması xüsusən trombositlər və ya plazma verərkən daha vacibdir".

Hematoloq vurğulayıb ki, donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir: "Əvvəlcə donorun nəbzi və qan təzyiqi yoxlanılır. Donorun terapevt tərəfindən keçirilən tibbi müayinəsinə isə qanın kliniki və biokimyəvi analizləri, o cümlədən hepatit, sifilis, İİV və digər xəstəliklərin müayinəsi daxildir. Həmçinin qan qrupu və rezus-faktor da müəyyən edilir. Analizlərin nəticələri məxfi saxlanılır və yalnız donora bildirilir. Qan verilməsi donor üçün maksimal rahat şəraitdə, xüsusi donor kreslosunda həyata keçirilir. Daha sonra donorun bazusu rezin jqutla sıxılır. Prosesin daha yaxşı getməsi üçün donorun bir neçə dəfə intensiv olaraq əlini sıxıb açması kifayətdir. Alınan qanın standart dozası 350-400 ml təşkil edir. Prosedur başa çatandan və iynə çıxarılandan sonra qan götürülən yerə tarım çəkilmiş sarğı qoyulur və həmin sarğını 3-4 saatdan sonra çıxarmaq olar".

"İnsanlar mənfi və müsbət rezus faktoru olanlara bölünür. Əksər ölkələrdə, həmçinin Azərbaycanda, ən çox müsbət rezus-faktoru olan OO (I) və A0, AA(II) qan qruplarına ehtiyac var. Baxmayaraq ki, B0 Rh (-) və AB Rh(-) az rast gəlinir, məhz az rast gəlindiyinə görə də ehtiyac zamanı çətinlik yaranır. Bir eritrosit kütləsinin maksimum saxlanma müddəti 6 həftədir. Təbii ki, bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsi vacib olur. Bu səbəbdən də daimi ehtiyacdır və alınan qandan 42 gün ərzində istifadə edilməlidir", - Ş.Şabanova qeyd edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 485   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşada kömür mədəninin uçması nəticəsində 3 işçi ölüb

Polşada kömür mədənində faciə olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 işçi ölüb. Hadisə Polşanın Krakov şəhərinin qərbində yerləşən Myslowice-Wesola kömür mədəninin uçması zamanı olub. Məsələ ilə bağlı "Polşa Mining Group" şirkətinin nümayəndəsi Aleksandra Siembiqa açıqlama verib

15.05.2024 140
.

Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - ANBAAN VİDEO

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və ona qarşı əxlaqsız hərəkətlər edib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərl

15.05.2024 534
.

"Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi"

"Şuşada yeni tarix başlayır. Artıq Şuşa ilk sakinlərini qəbul etdi. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq.2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi v

15.05.2024 174
.

İsrail 13 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə hücum ediblər. Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqı

15.05.2024 185
.

Çingiz Mustafayev evlənir - FOTOlar

Müğənni Çingiz Mustafayevin toyudur. -a istinadən bildirir ki, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq. Müğənninin toy məclisi Kuş adasında baş tutacaq

15.05.2024 906
.

Azərbaycanda boşanmaların əsas səbəbləri AÇIQLANDI

Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Müasir Azərbaycan ailəsi" mövzusunda hazırladığı analitik - hesabatda qey

15.05.2024 446
.

Direktor müavininin qatil olduğu TƏHSİL OCAĞI: Qan tökülən məktəbdən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb. Onun qətlində elə bu məktəbdə çalışan Elsevər İslamov şübhəli bilinir. Qətlin hansı zəmində baş verdiyi isə naməlumdur. APA TV-nin çəkiliş qrupu hadisənin baş verdiy

15.05.2024 380
.

İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb

İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə 58 nəfərə çatıb. Bu barədə Milli Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyinin nümayəndəsi Abdul Muhari məlumat yayıb. Məlumata əsasən, daşqınlar nəticəsində yüzlərlə ev su altında qalıb və 1500-də

15.05.2024 136
.

Yanğına görə bu yollar bağlandı - Yenilənib

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May"​ stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun v

00:36 305