"Cabbar Musayev həmin qızın sevgilisi olduğunu dedi"

"Cabbar Musayev həmin qızın sevgilisi olduğunu dedi"Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb.

BiG.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib. Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökmlə toplanmaq qaydası tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

Məhkəmədə isə məlum olub ki, D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib:

"Onlarla "İlkin Music" səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib mənə Nigar Qasımzadənin həyatında qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi. Onun bizlə oturmasına razı oldum və ilk dərsdən etibarən Musayevin halının dəyişdiyini hiss etdim. İlkin də sonra mənə Nigarın qısqanc olduğunu bildirdi. Dərslər hər dəfə təxirə salınırdı, tez-tez dərs vaxtı fasilələr verilirdi. Aranjeman işim İlkində olduğu üçün ona pul vermişdim və studiyada rahat çalışmaq istəyirdim. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özümə yaraşdırmadığımı bildirdim. C.Musayev daha belə neqativ halların olmayacağına, Nigarın mənimlə eyni otaqda oturmayacağına vəd verdi. Lakin yenə bu hallar davam etdi, nəhayət 4-cü dərsdə, may ayında qısa don geyindiyim üçün Nigarın mənə "düz otur" deməsi məni özümdən çıxardı. Həmin vaxt Cabbar Musayevə bir daha Nigarı görmək istəmədiyimi bildirdim, İlkinə isə belə hallar təkrarlanarsa, ödədiyim pulları geri tələb edəcəyimi dedim".

Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.

Daha əvvəl Cabbar Muayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Bildirilib ki, o, "TikTok" sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.

Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3436   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 845
.

"Deyirlər ki, başını açmaq fikrin varsa, bizim verilişdə et"

"Hamı özündən belə şey çıxarır ki, Xuraman başını açır, əvvəlki tərzinə qayıdır. İndi mən beləyəm, qəbullanın. Aparıcılar zəng edib deyirlər ki, "Belə fikrin varsa, bizim verilişdə et". Bu, oyun deyil! Sizin üçün uşaq deyiləm, ağlım başımdadır". Axşam.az xəbər verir ki, bu sözlər

30.04.2024 973
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 791
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1208
.

"Sevgilinizin adını sponsor qoymayın" - VİDEO

Məşhur prodüser və müğənni Mədinə Məlik qalmaqallı açıqlaması ilə diqqət çəkib. -ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı müğənnilərin sponsor adlandırdığı şəxslərin elə onların öz sevgililəri olduğunu vurğulayıb:. "Onun adı sponsor deyil. Biz elə deyəndə verilişi

30.04.2024 728
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1020
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 868
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 559
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 572