Tofiq Musayev "Karapapak Fight club & Promotion"uun vitse-prezidenti seçildi

Tofiq Musayev "Karapapak Fight club & Promotion"uun vitse-prezidenti seçildi3 avqust 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"-un növbəti iclası keçirilib.

BiG.AZ xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuş Tofiq Teymur oğlu Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti vəzifəsinə təyin edilib.

T. Musayev 15 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 12 yaşında karate ilə məşğul olmağa başlayan idmançı 23 yaşında peşəkar döyüş sənətində debüt edib.

2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən Tofiq, Kunq-fu və Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub. O, 2019-cu ildə MDB ölkələri arasında qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına daxil olub. Bundan başqa 2019-cu ildə dünyanın ən nüfuzlu təşkilatlarından olan "Rizin Fighting Federation"-un təşkil etdiyi Rizin Qran-prisinin qalibi olub.

Bir neçə gün öncə dünyanın iki ən məşhur turnirindən biri olan "Bellator 283" turniri çərçivəsində amerikalı rəqibi Sidney Outlavı döyüşün 27-ci saniyəsində nokaut edərək qələbə qazanıb.

Qeyd edək ki, Tofiq Musayev 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşə yollanıb və ön xətdə fəal iştirak edib.
Prezident İlham Əliyevin sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 751   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qalatasaray"ın keçmiş oyunçusu tutuldu

"Qalatasaray"ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb. xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi "Amazonas" klubunun heyəti ilə "Ponte Preta" klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəy

09.05.2024 479
.

Tomas Müller həyat yoldaşı ilə ayrılıb?

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə futbolçunu izləməyi dayandırıb və eyni zamanda birlikdə çəkilən fotoların çoxunu silib. Cütlük arasında münasibətlərin hansı vəziyyətdə olduğu dəqiq bilinmir. Qeyd edək ki, Tomas və Liza 15 ildir evlidirlər

12.05.2024 403
.

"Mançester Siti"nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçilib

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı futbolçusu seçilib. "Report"un turnirin rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu səsvermədə komanda yoldaşı Erlinq Holann, həmçinin Aleksander İsak ("Nyukasl

18:40 121
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

03.05.2024 359
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 532
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 293
.

Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə yollarını ayırıb. "Report"un məlumatına görə, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb. Mütəxəssis və köməkçilərinin müqaviləsi qarşılıql

12.05.2024 303
.

"Napoli" klubu Xviça Kvaratsxeliyanın maaşını 6 dəfə artırmağı düşünür

İtaliyanın "Napoli" klubunun rəhbərliyi futbolçusu Xviça Kvaratsxeliyanı klubda saxlamaq üçün maaşını 6 dəfə artırmağa hazırdır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın PSJ və İngiltərə Premyer Liqasında çıxış edən bir sıra klubların maraq dairəsində olan gürcüstanl

11.05.2024 300
.

"Borussiya"nın futbolçusu "İnter Mayami"yə keçə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys karyerasını ABŞ-nin "İnter Mayami" kollektivində davam etdirə bilər. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Türkiyə Superliqa təmsilçilərini

11.05.2024 307