DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqladı

DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqladıDövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahan qiymətlərindəki güzəştlərlə bağlı qərarına aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, DİM-dən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Bundan əlavə, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə keçiriləcək. Yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki, abituriyentlərə 2023-2024-cü illərdə keçiriləcək imtahanlarda aşağıdakı məbləğdə güzəştlər müəyyən edilib:

1. ali təhsil müəssisələrinin qabiliyyət imtahanı üzrə 10 manat;
2. kolleclərin qabiliyyət imtahanı üzrə 20 manat;
3. Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə 20 manat;
4. ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı üzrə 25 manat;
5. tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı və I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi üzrə 25 manat;
6. I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə 10 manat;
7. əlavə fənn (lər) imtahanı üzrə 20 manat.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 577   Tarix: 03 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə velosiped oğruları saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə

18:10 135
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

21:10 82
.

Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi

İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından

22:34 0
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

15:00 130
.

İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm

Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl

19:10 151
.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

15:50 176
.

Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir

Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı

14:12 160
.

İranda 250-dən çox satanist həbs edilib

İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb

17:30 169
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 319