AMEA-dan sərt AÇIQLAMA: "Ağ yalandır!"

AMEA-dan sərt AÇIQLAMA: "Ağ yalandır!""Bu gün bəzi xəbər saytlarında yayılan "AMEA-nın arxivi talanır" başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır".

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib.

"AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur.

Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.

İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.

Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir", - akademiyadan məlumat verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 627   Tarix: 30 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 272
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 157
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 451
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1359
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

03.05.2024 125
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 207
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311