"Ona necə Elmlər Akademiyası deyəcəklər, mən başa düşmürəm" - Misir Mərdanov

"Ona necə Elmlər Akademiyası deyəcəklər, mən başa düşmürəm" - Misir MərdanovÖtən gün Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi olub. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər, Ümumi Təhsil üzrə Dövlət Agentliyi kimi iki yeni agentlik yaradılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bəzi elmi müəssisə və təşkilatları qurumun tabeliyinə verilib.

Oxu.Az təhsildəki bu yeniliklərlə bağlı sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovla həmsöhbət olub.

- Misir müəllim, ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının mahiyyəti və əsas fəaliyyət istiqaməti barədə danışmağınızı istərdik.

- AMEA ölkənin iqtisadiyyatına və digər sahələrinə yararlı olan elmi tədqiqatların aparılmasıyla məşğul olmalı, alimlər yetişdirməli, əsərlər yazmalı, monoqrafiyalar çap etdirməlidir.

- Bir çox ölkədə elmlər akademiyası yoxdur, onu elm fondları əvəz edir, yaxud da funksiyasını təhsil nazirliyi yerinə yetirir. Burada söhbət alimlik dərəcələrinin verilməsindən tutmuş müxtəlif elmi tədqiqatların idarə olunmasına qədər hər şeydən gedir. Bəs AMEA-da proses necəydi? Dəyişikliyin hansı müsbət tərəfi ola bilər?

- Düşünürəm ki, Prezident tərəfindən imzalanmış o fərmanın Azərbaycanda elmin inkişafı üçün müsbət nəticələri olacaq. Son dövrlər AMEA-da baş verən hadisələr, akademiyanın gözdən düşməsi belə bir qərar qəbul olunmasına gətirib çıxardı. Arzu edirəm ki, qərar millətimiz və dövlətimiz üçün xeyirli olar.

- EA-lardan əvvəl elmi cəmiyyətlər mövcud olub, məsələn, Böyük Britaniya Coğrafiya Cəmiyyəti və s. Həmin cəmiyyətlərdə müəyyən müzakirələr aparılır, hətta müəyyən kəşflər təsdiq edilirdi. Təhsil nazirliyi isə mahiyyətcə bürokratik bir qurumdur. Bu mənada müəyyən laboratoriyaları, tədqiqat müəssisələri olan qurumların Təhsil Nazirliyinə verilməsi həmin sahələrdə hansısa əngəllər yarada bilərmi?

- Bu gün Azərbaycanda müxtəlif elmlərin ictimai təşkilat kimi cəmiyyətləri var. Məsələn, Azərbaycanda Riyaziyyat Cəmiyyəti, Coğrafiya Cəmiyyəti və s. Onların fəaliyyətləri açıq-aydın görünmür, ancaq var. Düşünmürəm ki, akademiyanın fundamental və təcrübi elmlərlə məşğul olan institutlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi onların fəaliyyətinin dayandırılmasına yönələcək. Əksinə, onlar daha yaxşı fəaliyyət göstərəcəklər. Yəni mən bunu arzulayıram.

Nə olacağını görmək üçün isə bir az gözləmək lazımdır. Düzünü desəm, onların nazirliyə verilməsinin nə demək olduğunu hələ bilmirəm. Qərarda bu açıqlanmır. Orada yazılıb ki, Nazirlər Kabineti üç ay müddətində müəyyən təkliflər hazırlasın və Prezidentə təqdim etsin. O təkliflərin nədən ibarət olacağı maraqlıdır. İyirmidən çox institutun gələcək taleyi bu təkliflərdən asılıdır. Yəni bu institutlar indiki vəziyyətdə müəyyən bir qurum kimi ancaq Elm və Təhsil Nazirliyinin daxilində fəaliyyət göstərəcək, yoxsa başqa ciddi dəyişiklik olacaq? Onu bilsəm, suala dəqiq cavab verərəm.

- AMEA bir çox qurumunu itirdi. Bu, haradasa ballastdan azadolmaya bənzəyir. Belə bir vəziyyətdə onun işi yüngülləşəcək, yoxsa təyinatı dəyişib məsuliyyəti daha da artırılacaq?

- AMEA-nın tərkibinə qatılan institutlar əsasən humanitar sahələri əhatə edir. Qalanlar nazirliyin tabeliyinə verilib. Belə olan halda ona akademiya deyirlər, amma o akademiya nə işlə məşğul olacaq, dünyada elə bir akademiya varmı, düzü, bilmirəm. Bu məqamlar mənim üçün aydın deyil. Elm, tədqiqat deyəndə mən riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, geologiya başa düşürəm. İndi bunların AMEA-dan ayrılmasını anlaya bilmirəm. Yəqin ki, qərarı hazırlayanlar hər şeyi daha yaxşı bilər.

- Akademiyanın tərkibində qalan qurumlar yeni istiqamətləri əhatə edir. Bu səbəblə AMEA-da cavanlaşdırma siyasəti də aparıla bilərmi?

- Azərbaycanda elmdə cavanlaşmanı qərarla həyata keçirmək olmaz. Cavan alim olmasa, bu tip qərarın mənası olmur, gərək gənc alim yetişdirəsən ki, cavanlaşma siyasəti də apara biləsən. O zaman cavanlaşma ola bilər ki, gənclər içərisində layiqli alimlər olsun. Əvvəl onları yetişdir, sonra qocalarla üzülüş, yoxsa qocanın hamısını çıxarıb atdın, cavan alim də yoxdur, nə olacaq? Burada heç bir işi inqilabi yolla həyata keçirmək olmaz.

- Azərbaycanda alim olmaq istəyənlərin sayının azaldığını düşünürsünüzmü?

- Uzun illərdir Azərbaycanda diplom almaq istəyənlər çoxalıb, alim olmaq istəyənlərin sayı isə azalıb. Buradakı səbəblərdən saatlarla danışmaq olar. Məsələn, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinə (hazırkı BDU – red.) qəbul oldum. Mexanika-riyaziyyat fakültəsində 75 uşaq təhsil alırdı. Bu 75 uşağa əsas fənləri kimin tədris edəcəyini hamı bilirdi. Həmin şəxslərdən başqa heç kim bizə mühazirə deyə bilməzdi. Onlar isə Maqsud Cavadov, Qoşqar Əhmədov, Arif Babayev, Zahid Xəlilov, Əşrəf Hüseynov idi. 10 il keçəndən sonra həmin fakültədə oxuyanların sayı 200 nəfər oldu. Ancaq onlara bizə keçirilən fənlərdən kimlərin dərs dediyi bəlli deyildi. Yəni hələ o vaxtdan təhsildə və digər sahələrdə kəmiyyət dəyişməsi keyfiyyəti üstələyib. Ona görə də müəllimin də, təhsilin də, alimin də, elmin də nüfuzu çox aşağı düşüb. İnanmaq istəyirəm ki, sərəncamdan sonra bu işlər tədricən qaydaya düşər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2400   Tarix: 29 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18.05.2024 95
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 259
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

18.05.2024 222
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanı

18.05.2024 414
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

18.05.2024 163
.

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd

18.05.2024 140
.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

18.05.2024 176