Mixək (qərənfil) bu xəstəliklərə qarşı FAYDALIDIR

Mixək (qərənfil) bu xəstəliklərə qarşı FAYDALIDIRAmiloid adlanan zülalların həll olmayan aqreqatlarının orqanlarda çox miqdarda toplanması ilə yaranan xəstəliyə amiloidoz deyilir. Alzheimer, Parkinson, diabet kimi xəstəliklərdə hüceyrələrin içində toplanaraq siqnalların ötürülməsinə mane olan amiloid toplanmasını isə qərənfil (mixək) əngəlləyir. Ona görə də belə hallarda qərənfil çayı içmək məsləhətdir.

BiG.AZ xəbər verir ki, bu barədə infeksionist Nicat Əzimli bildirib.

Əzələlərin patoloji yorğunluğu və zəifliyi ilə xarakterizə olunan, böhranlarla keçən və proqressivləşməyə meyilli xroniki xəstəlik olan miasteniya qravis zamanı mixəyin faydası barədə sualı isə infeksionst belə cavablandırıb:

"Miasteniya qravis autoimmun xəstəlikdir, yəni kökündə amiloidoz dayanmır. Lakin bununla yanaşı orqanizmdə amiloid toplanması prosesi də varsa, mixək istifadəsi amiloidozu ləngidərək müəyyən dərəcədə miasteniya qravisin də o cəhətdən ağırlaşmasının qarşısını ala bilər. İstənilən halda, mixəkdən istifadə etməyin bu xəstələrə ziyanı yoxdur".

Azərbaycan türkcəsində "mixək", Türkiyə türkcəsində "qərənfil" adlanan, qərənfil ağacının gözəl qoxulu qurudulmuş çiçək tumurcuqlarının sağlamlığımıza digər faydaları barədə məlumatlısınızmı?

Qərənfil ağacı tropik iqlimlərdə davamlı yaşıl qalan bir bitkidir. Ümumiyyətlə mətbəxdə istifadə edilir və əsrlərdir sağlamlığa faydası ilə seçilir.

Çinlilər qərənfili 2000 il əvvəl ağız qoxusundan xilas olmaq üçün istifadə ediblər.

Qərənfil afrodizyak, antibakteriyel, antiviral, antifunqal və antiseptik xüsusiyyətlərə malikdir.

Narkotik təsirə də sahib olan bu bitki ağrıkəsici kimi, xüsusilə diş müalicələrində istifadə olunur.

Qərənfil yağındakı mürəkkəblər qan dövranına yaxşı təsir edir və dəriyə birbaşa olaraq tətbiq olunduqda canlılıq yaradır.

Qərənfil həzm sistemi üçün də faydalıdır, qabarıqlıq və həzmsizlik problemləri zamanı yararlıdır, həmçinin, maddələr mübadiləsini sürətləndirir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2539   Tarix: 25 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1470
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1123
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 373
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2088
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23484
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 413
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 1057
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 537
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 582