Meqanın şahzadəyə ərə getməsinin ardında nə gizlənir?

Meqanın şahzadəyə ərə getməsinin ardında nə gizlənir?Yazıçı Tom Bauer yeni kitabında şahzadə Harrinin həyat yoldaşı Meqan Markl haqqında yazıb.

Axşam.az xəbər verir ki, yazıçı "Qisas: Meqan, Harri və Vindzorlar arasında müharibə" adlı yeni kitabını təqdim edib. Kitabın müəllifi jurnalistlərə etiraf edib ki, o, məlumatların çoxunu Meqanı sevməyən insanlardan alıb. Buna səbəb yaxınlarına onunla danışmağı qadağan etməsi olub. Bununla belə, Bauer kitaba təsdiqi mümkün olmayan məlumatları daxil etmədiyini vurğulayıb.

Kitabda Meqanla şahzadə Uilyamın hersoginyası Keyt Middlton arasında mübahisə anı təsvir edilib: Meqan Middltonu toydan əvvəl göz yaşlarına boğub. Buna səbəb gəlinlər üçün paltarlar üzərində yaranan fikir ayrılığı olub. Meqan şahzadə Şarlottanın da libasına qarışmaq istəyib.

(Fotoda: hersoginya Keyt Middlton və qızı şahzadə Şarlotta Harri ilə Meqanın toyunda)

Kitabda qeyd olunub ki, Harrinin dostları da onun həyat yoldaşı seçimini bəyənməyiblər. Ziyafətlərin birində Meqan xoşuna gəlməyən zarafatlara cavab olaraq Harrinin dostlarına sərt ifadələr ünvanlayıb. Bundan sonra onlar Meqanın heç bir yumor duyğusu olmadığı qənaətinə gəliblər. Onlar Harrinin dünyasının heç vaxt Meqanın dünyası olmayacağını hiss ediblər.

2017-ci ildə Meqanın Harrini dostu Tom İnskipin toy məclisində iştirakı belə yadda qalıb. Qonaqların sözlərinə görə, Meqan şahzadə kimi davranıb, yeməkdən narazı qalıb və Harrinin dostları ilə ünsiyyət qurmaq istəməyib. Hətta şahzadənin bir çox dostu Meqanın onu çox dəyişdirdiyini söyləyib.

Bauer kitabında Meqanın məşhur olmaq üçün şahzadə ilə evləndiyini qeyd edib: o, kral ailəsinin Hollivud kimi olacağını düşünürdü. Ancaq belə bir həyatın həm də çox iş və az mükafat demək olduğu ortaya çıxandan sonra, Meqanın bundan xoşu gəlməyib.

Yazıçı vurğulayıb ki, Meqanın Harri ilə münasibətdən əvvəl şöhrəti şişirdilir və onun rol aldığı ekran işləri uğursuz olub:

"Onun məşhur aktrisa olduğunu söyləmək düzgün deyil. O, üçüncü dərəcəli aktrisa idi, çünki "Fors Major" serialına cəmi bir milyon insan baxıb".

Bütün bunların fonunda yazçı Meqanın heyranı olduğunu etiraf edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 24 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

15:00 40
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 191
.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 239
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

05.05.2024 192
.

6-cı sinifdə məktəbdən çıxarılan qız 17 yaşında nişanlandı

Xaçmaz rayonunda erkən nikahın qeydə alınması ilə bağlı məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisənin rayonun Qusarçay kəndində qeydə alındığı bildirilir. Məlumatda bir neçə ildir məktəbdən yayınan 17 yaşlı qızın 37 yaşlı oğlanla toyunun olduğu qeyd olunur. Xaçmaz rayonunun Arif Məmmədo

10:23 620
.

Erməni hərbçi şərti sərhəddə özlərinin basdırdığı minaya düşdü

Ermənistan ordusunun hərbçisi Tavuş rayonunun Kirants (Günən) kəndi istiqamətində minaya düşüb. xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. "Hərbçi mina partlaması nəticəsində xəsarət alıb", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Məlumatd

11:07 219
.

Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib. BİG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilə

14:42 184
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 161
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 218