Sərxoş oğul anasını döydü, sonra iplə boğdu - Gəncədəki olayın təfərrüatı

Sərxoş oğul anasını döydü, sonra iplə boğdu - Gəncədəki olayın təfərrüatıGəncə şəhərində 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovanı döyərərək öldürüb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən ilin avqustunda baş verib. Ramin iyulun 24-də Məhsəti qəsəbəsində yaşadığı evdə anası ilə spirtli içki almağa pul verməməsi, onun tez-tez spirtli içki qəbul etməsinə irad tutması ilə bağlı növbəti dəfə mübahisə edib.

Mübahisə zamanı Ramin anasını döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qadın avqustun 7-də vəfat edib.

İstintaq orqanı tərəfindən Ramin Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Raminin barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatında araşdırılıb.

"Anama əsəbləşdim"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin bildirib ki, iyulun 24-də, saat 22 radələrində anası Svetlana ilə birlikdə yaşadığı evdə olub: "Həmin vaxt anamdan nəyə görə, Məhsəti qəsəbəsində yaşayan uzaq qohumumuz Vəlinin evinə tez-tez getməyinin səbəbini soruşdum. Çünki anam ilə onun bir-birlərinə qarşı isti münasibətlərindən onların aralarında nəsə olduğunu anlamışdım. Həmin vaxt bu barədə anamdan soruşduqda, anam yaxşı elədiyini, Vəlinin evinə getməkdə heç kimə hesabat verməyəcəyini dedi. Buna çox əsəbləşdim".

"Anam şikayətçi olub"

Raminin sözlərinə görə, bundan sonra əsəbləşdiyi üçün anasının üzərinə gedib: "Anamın sifətinə bir neçə dəfə şillə və yumruq vurdum. Bundan sonra anam yataq otağındakı çarpayının üzərinə yıxıldı. Sonra bibim Sahilə yaşadığımız evə gəldi. Bizi yemək yemək üçün yaşadığı evə çağırdı. Bir müddətdən sonra anam ilə birlikdə bibim Sahilənin yaşadığı evə getdik. Aradan qısa müddət keçməmiş darvazanın döyülməsi səsini eşitdim. Darvaza açıldıqdan sonra darvazanın girişində dayım oğlu Rəşadı gördüm. Həmin vaxt Rəşad anamı harasa aparacağını bildirdi. Bir müddət sonra onların getdiyini güman etdim, darvazadan çölə çıxdım. Çölə çıxan zaman Rəşadın anam Svetlananı öz avtomobilinə əyləşdirərək apardığını gördüm. Həmin gün anamın hara getməsi və səhhəti barədə məlumatım olmayıb. Həmçinin digər qohumlarım ilə münasibətim soyuq olduğundan həmin vaxt onlardan anamın vəziyyəti ilə əlaqədar heç bir şey soruşa bilmədim. Hadisədən sonra anamı döyməyim ilə bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılması barədə məlumatım oldu. Anamı döyməyim ilə bağlı məndən şikayətçi olub".

Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirib ki, anası Svetlananın baş nahiyyəsinə və bədəninə üzəri mismarlı taxta ilə, eləcə də iplə də bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmayıb, iplə anasını boğmayıb, yalnız bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr vurub.

Raminin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər təşkil edib. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub.

"İki dəfə evlənib, boşanmışam"

Təqsirləndirilən şəxs 8 avqust 2021-ci ildə prokurorluqda verdiyi ifadəsində göstərib ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində anası ilə birlikdə yaşayıb: "Atam 2018-ci ildə xəstəliyi ilə əlaqədar vəfat etdi. Anam Gəncə şəhərində yerləşən 50 saylı uşaq bağçasında dayə işləyib. Mən hər hansı bir yerdə iş olarsa, günəmuzd fəhlə kimi işləmişəm. Bundan başqa iki dəfə ailə həyatı qurub, boşanmışam. İlk dəfə 2003-cü ildə Ayna ilə evlənmişəm. Həmin evlilikdən 2005-ci il təvəllüdlü qız övladım dünyaya gəlib. Daha sonra 2008-ci ildə Ayna ilə yola getmədik və aramızda bir sıra mübahisələr baş verdiyi üçün məhkəmə qaydasında boşandıq. Təkrarən 2008-ci ilə Sima adlı qadınla ailə həyatı qurdum. Ancaq onunla rəsmi nikah bağlamadım. Simayla evliliyimdən 2009-cu il təvəllüdlü Amin adlı oğlan övladım dünyaya gəldi. Sima ilə aramızda tez-tez ailədaxili mübahisələr yarandığı üçün 2012-ci ildə onunla da ayrıldım. Övladlarım ilə uzun illərdir görüşmürəm və əlaqə saxlamıram".

Ramin bildirib ki, atası vəfat etdikdən sonra anası ilə arasında tez-tez mübahisələri yaranıb: "Həmin mübahisələrin yaranmasına səbəb kimi spirtli içki aludəçisi olmağımı göstərə bilərəm. Həddindən artıq spirtli içki içdiyimdən və həmin spirtli içkiləri almaq üçün anamdan pul tələb etdiyimdən mənə irad bildirib. Həmçinin anamla aramızda yaranan münaqişələr səbəbindən tez-tez yaşadığımız evi tərk edib, qohumlarımızgildə qalıb".

"Anamın üzərinə getdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, sonucu dəfə, yəni iyulun 24-də saat 22 radələrində yaşadıqları evdə olarkən yemək yeyib, təxminən 300 qram spirtli içki olan araq içib: "Bu səbəbdən sərxoş oldum. Həmin vaxt anam da evdə idi. Anam həmişəki kimi spirtli içki içməyimə, həmçinin spirtli içki almaq üçün ondan tez-tez pul aldığıma görə öz iradını bildirdi. Buna çox əsəbləşdim. Bundan sonra sərxoş olduğum və əsəbləşdiyim üçün anamın üzərinə getdim. Əvvəlcə yumruqla anamın sifətinin hər iki nahiyəsindən zərbələr vurdum".

"Bir qədər əsəbim soyudu"

Raminin ifadəsinə görə, bundan sonra anası yataq otağındakı çarpayının üzərinə yıxılıb: "Yenə də əsəbi olduğum üçün ardıcıl olaraq yumruqla anamın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Daha sonra evin həyətindəki paltar sərmək üçün nəzərdə tutulmuş, elədə qalın olmayan kəndiri götürdüm, təkrarən yataq otağına qayıtdım. Anama yaxınlaşaraq kəndirlə möhkəm onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum. Daha sonra kəndiri anamın boğazına dolayaraq onu boğmağa başladım. Həmin vaxt anamın boğulduğunu gördüm, ipi onun boğazından çəkdim. Sərxoş olduğum üçün etdiyim hərəkətlərin fərqində olmamışam. İpi anamın boğazından çəkdikdən sonra əsəbim bir qədər soyudu".

"Anamdan qazandığı pulu hara xərclədiyini soruşdum"

Ramin qeyd edib ki, bundan sonra qonşuluqda yaşayan bibisi Sahiləgilə gedib: "Ona anam ilə mübahisə etdiyimi, onu döydüyümü bildirdim. Bibim həmin vaxt yenəmi pul məsələsi üstündə mübahisəmizin düşdüyünü soruşdu. Mən də bunu təsdiqlədim. Daha sonra bibimlə birlikdə yaşadığımız evə gəldik. Bibimi çağırmaqda məqsədim o idi ki, əgər həmin gün yenə də əsəbləşərək anamı döyəcəyim halda bunun qarşısını alsın. Bibimlə birlikdə yaşadığımız evə gəldikdə anamın yataq otağında çarpayının üstündə oturduğunu gördüm. Anamın qazandıqları pulu haraya xərcləməsini, mənə nəyə görə pul verməməsini soruşdum. Anam mənə heç bir cavab vermədi. Əsəbləşdiyim üçün mətbəxdən üzəri mismarlı taxtanı götürdüm. Taxtayla anamın başına və sol qol nahiyəsinə zərbələr vurdum. Həmin vaxt bibim Sahilə də orada olub. Bibim anamı taxtayla vurduğumu gördü, məni anamdan araladı".

"Oğulun anasını döyməsinin böyük günah olduğunu dedi"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində baş verən olayı belə danışıb: "Bu zaman mətbəxdən bıçaq götürdüm. Həmin bıçağı anama doğru uzadaraq etdiyim hərəkətlərə görə, məni bıçaqla vurmasını dedim. Anam isə belə bir hərəkət etməyəcəyini və övladını vurmayacağını bildirdi. Anam bıçağı məndən alaraq bibimə verdi. Bundan sonra əsəbim soyudu. Anam və bibim ilə birlikdə onun yaşadığı evə getdik. Bibimin evində olduğum vaxt mənə nəsihət verdi, anama qarşı düzgün hərəkət etmədiyimi, oğulun anasını döyməyin ən böyük günah olduğunu bildirdi".

Ramin qeyd edib ki, aradan qısa müddət keçməmiş darvazanın döyülməsi səsini eşidib: "Darvaza açıldıqdan sonra oğlu Rəşadı gördüm. Həmin vaxt Rəşaddan və yenidən mübahisə düşməsindən qorxdum. Qaçaraq məhlənin arxa hissəsində gizləndim. Bir müddət sonra onların getdiyini güman etdim, darvazadan çölə çıxdım. Çölə çıxan zaman Rəşadın anamın öz avtomobilinə əyləşdirərək apardığını gördüm. Lakin onların hara getmələri barədə heç bir məlumatım olmayıb. Onlar getdikdən sonra marketdən araq aldım, öz evimə getdim. Həmin gün anamın hara getməsi və səhhəti barədə məlumatım olmayıb".

"Anamın səhhəti ilə maraqlana bilmədim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 2 gün sonra Mahirə adlı qonşuluqda yaşayan şəxsdən anasından hər-hansı bir məlumatının olub-olmamasını soruşub: "Həmin gündən bibim və digər qohumlarım ilə münasibətim soyuq olub. Bibimdən və ya digər qohumlarımdan anamın vəziyyəti ilə əlaqədar heç nə soruşa bilməmişəm. Hadisədən sonra anamı döyməyim ilə bağlı Kəpəz rayon Polis İdarəsində raşdırma aparılması barədə məlumatım olub. Anam onu döyməyim ilə bağlı şikayətçi olub. Bununla bağlı Kəpəz rayon Polis İdarəsinin təhqiqatçısı Nəsimi müəllim izahatımın alınması üçün həmin idarəyə dəvət etdi".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, anası ilə birlikdə yaşadıqları müddət ərzində aralarında tez-tez mübahisələr və münaqişələr yaranıb: "Anamı bir neçə dəfə döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişəm. Həmin münaqişələrin yaranma səbəbi kimi anamın mənə spirtli içki olan araq almağı üçün pul verməməsi olub. Həmçinin anam etdiyim hərəkətlərdən bezdiyi üçün tez-tez yaşadığımıız ünvandan gedərək qohumlarımızın evində qalıb. Bununla əlaqədar aramızda mübahisələr yaranıb".

"Anamı öldürmək fikrim olmayıb"

Raminin sözlərinə görə, anasını döydüyü üçün yaranan xəsarətlərdən avqustun 7-də dünyasını dəyişib: "Anamın heç bir xəstəliyi və səhhətində hər hansı bir problem olmayıb. Anamı döyən zaman mənə müqavimət göstərməyib. Yalnız onu vurmamağımı söyləyib və deyib ki, oğul anasını vurmaz. Hadisə günü sərxoş olduğum üçün hərəkətlərimin fərqində olmamışam. Həmin vaxt anamı öldürmək fikrim olmayıb".

Ramin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 553   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862