Rusiyalı klimatoloq: "Xəzərin səviyyəsinin dəyişməsini çaylarla əlaqələndirmək olmaz"

Rusiyalı klimatoloq: "Xəzərin səviyyəsinin dəyişməsini çaylarla əlaqələndirmək olmaz""Xəzər dənizi müəyyən maksimuma çatır, sonra aşağı düşür. Görünür, bu, bütün Yer kürəsinin dərin tektonikası ilə bağlıdır".

Coğrafiya elmləri doktoru, klimatoloq, Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin baş mütəxəssisi Nina Zayseva Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı Oxu.Az-a fikirlərini bildirib.

Onun sözlərinə görə, nə qədər təəccüblü görünsə də, Xəzər dənizinin səviyyəsindəki dalğalanmaları nə Volqa çayının, nə də digər çayların axını ilə əlaqələndirmək olmaz.

"Əslində hər şey bir-biri ilə əlaqəlidir. Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutundan akademik Qeorqi Qolisın hələ aspirant olarkən hətta Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində El Nino (El Nino - Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunda dalğalanmalardır ki, bu da iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir - red.) fenomeni ilə Xəzər dənizi səviyyəsindəki dalğalanmalar arasında əlaqə axtarırdı. Amma mən buna şübhə ilə yanaşırdım.

Rezonans deyilən hadisələr var - bu, bir-birindən fərqli amplitudaya və dövriliyə malik iki fərqli dalğa prosesinin eyni yerdə baş verməsidir. Fizikada bu yaxşı təsvir edilib, lakin təbiətdə hər şey daha mürəkkəbdir. Və bir daha vurğulayıram - Xəzər dənizinin səviyyəsində kvazi dalğalanmalar var. Bu dalğalanmalar qlobal haldır və heç vaxt yox olmayacaq. Bir neçə il əvvəl Amur çayının dayazlaşması ilə bağlı çox narahatlıqlar var idi. Bir müddət sonra çay dondu, bu isə öz növbəsində daşqına səbəb oldu. Buna bənzər çoxlu misallar var", - deyə klimatoloq qeyd edib.

Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanda iqlim dəyişikliyinə ən həssas yerlərin reyestrinin yaradılması da ilə bağlı suala cavabında Zayseva bunun yaxşı hal olduğunu bildirib.

"Bu, çox yaxşıdır. Və bu reyestrə ilk növbədə, həyəcan təbili çalanların iddia etdiyi kimi olmasa da, ölçüləri azalan buzlaqlar daxil edilməlidir. Hər halda ərazinizdəki həssas sahələri bilmək həmişə yaxşıdır", – deyə o vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 450   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə əlavə ekspertiza rəyi açıqlanıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylini

14.05.2024 422
.

Paşinyan Ermənistanın 2024-cü ildə Aİ-yə üzv olmasını arzuladığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın 2024-cü ildə Avropa İttifaqına üzv olmasını arzuladığını bildirib. xəbər verir ki, müzakirənin moderatoru Baş nazirdən Ermənistanın Aİ-yə hansı ildə qoşulmasını arzuladığını soruşub. "Hansı il? sualına Paşinyan "bu il " deyə cavab veri

14.05.2024 133
.

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması

14.05.2024 307
.

Ermənistan hərbi təlimlər keçirib

Mayın 14-də Ermənistan Silahlı Qüvvələri strateji komanda-qərargah təliminə başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirir ki, təlimlərin məqsədi Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi və döyüş istifadəsi üzrə planların praktiki icrasın

14.05.2024 136
.

Aparıcı Namidə İsayevaya vəzifə verildi

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlə

14.05.2024 274
.

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum oldu: İş yoldaşı saxlanıldı

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. 1964-cü il təvəllüdlü Natiq Məhəmmə

14.05.2024 310
.

Putinin Çinə dəqiq səfər tarixi məlum oldu

Beşinci dəfə Rusiyanın Prezidenti seçilən Vladimir Putinin Çinə gözlənilən rəsmi səfərinin vaxtı məlum olub. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, V.Putin 16-17 may tarixlərində Çində rəsmi səfərdə olacaq. Məlumatda, həmçinin qeyd olunub ki, Kreml rəhbəri reallaşacaq səfə

14.05.2024 217
.

Adəmin atası AZADLIĞA BURAXILDI

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb. xəbər verir ki, bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə "Sadiq kişi həmişə azadlıqda" şərhi qey

14.05.2024 635
.

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb. Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafiz

14.05.2024 323