Azərbaycan reallıqlarının Aİ tərəfindən dəstəklənməsi ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidir

Azərbaycan reallıqlarının Aİ tərəfindən dəstəklənməsi ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidirAzərbaycanın beynəlxalq əlaqələri günbəgün artmaqdadır. Ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bu qurumların işində fəal iştirak edir, onun beynəlxalq aləmdə nüfuzu və yeri daha da möhkəmlənir.
Bu il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilməlidir ki, imzalanan Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın gələcəyi üçün yol xəritəsidir. Azərbaycan müəllifi olduğu enerji layihələrini reallaşdırmaqla, tamamilə yeni, müasir avadanlıqlardan istifadə etməklə enerji ehtiyatlarının hasilatına və ixracın artırılmasına müvəffəq oldu. Perspektivli yataqların kəşfi, hasilatın artırılması əsas bazarımız olan Avropa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Qitə dövlətlərində yaranan enerji böhranı Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbatı artırır.
İyulun 18-də imzalanan Memorandum tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. İmzalanma mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər. Hazırda Azərbaycanın təşəbbüsü, Avropa İttifaqının və enerji layihələrinin çəkilişində iştirak edən tərəfdaşların dəstəklədikləri neft-qaz kəmərləri qitənin enerji xəritəsini tamamilə dəyişir. Xəzəri Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft kəmərindən sonra 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəmərinin istismara verilməsi ilə böyük karbohidrogen potensialına malik ölkəmizin təbii qazı Avropaya çatdırılır.
Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun başlanması Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu bəyan edir.
Həmçinin Azərbaycan Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktura malik gəmiqayırma imkanları olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və dəmir yolları vasitəsilə qonşu dövlətlərlə əlaqələr yaradıb. Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada yeni saziş üzərində işlər bu məqamlar nəzərə alınaraq davam etdirilir. Həmişə olduğu kimi, bu gün də Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır.
Bərpaolunan enerji, təbii qaz sahəsindəki birgə səyləri birləşdirən Azərbaycanın Anlaşma Memorandumunda qeyd olunan qlobal metan öhdəliyinə dəvət olunması ölkəmizə inamdan qaynaqlanır. Qeyd edək ki, bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Sabitliyin bərpasında xüsusi rolu olan Azərbaycanın yaratdığı reallıqların Aİ tərəfindən dəstəklənməsi isə ölkəmizin diplomatik uğurlarının məntiqi nəticəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 389   Tarix: 20 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 146
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

20:30 100
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 727
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

15:44 281
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

10:48 479
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

21:15 84
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 717