Orta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEO

Orta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEOİstanbulda keçirilən Kyokuşinkaykan Karate və Ciyutaido idman növü üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri iyulun 17-də Vətənə qayıdıblar.

BiG.AZ xəbər verir ki, Heydər Əliyev adına Beynəlxlaq Hava Limanında idmançılarımız üçün təntənəli qarşılama mərasimi təşkil olunub.

Tədbirdə Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının, "Ciyutaido Azərbaycan" Təşkilatının rəsmiləri, idmançıların yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

+85 kg çəki dərəcəsi üzrə yarışda iştirak edən Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta məktəbin "Fiziki-tərbiyə" fənninin müəllimi Faiq Xosroflu, -75 kg çəki üzrə isə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, çavuş İskəndər Həsənov qarşılaşdıqları bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yiyələnib, qızıl medala sahib olublar. İdmançılarımız öz qələbələrini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanan və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə həsr etdiklərini söyləyiblər.

Qeyd edək ki, ümumilikdə Azərbaycan idmançıları kyokuşinkaykan karate üzrə dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Ciyutaido üzrə dünya çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

İdmançılarımızın dünya çempionatlarındakı uğurlu çıxışını yüksək qiymətləndirən Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti Teyyub Əzizov bildirib ki, Azərbaycan ümumi komanda hesabında üçüncü olub:

"Qazanılan nailiyyət münasibətilə idmançılarımızı təbrik edirəm. Ümid edirəm ki, növbəti yarışlarda da idmançılarımız rəqiblərini məğlub edərək əldə edəcəkləri qələbələri ilə xalqımızı sevindirəcəklər. Bir həftə əvvəl millimiz Bolqarıstanda təşkil olunan Avropa çempionatında da uğurla iştirak edərək 2 gümüş və 2 bürünc medala sahib olub".

Orta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEOOrta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEOOrta məktəb müəllimi və FHN əməkdaşı dünya çempionu oldular - FOTO - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1339   Tarix: 18 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068