Anbarda yerli taxıl olarsa: "8-9 aylıq buğda ehtiyatımız var" - EKSPERT

Anbarda yerli taxıl olarsa: "8-9 aylıq buğda ehtiyatımız var" - EKSPERTBu il dünyada ciddi şəkildə taxıl problemi yaşanacağı proqnozlaşdırılır. Yaranmış vəziyyət Ukrayna və Rusiya müharibəsi fonunda daha da aktuallaşıb. Çünki müharibə edən hər iki ölkə eyni zamanda iri taxıl ixracatçılarıdır. Azərbaycan da hər il bu dövlətlərdən ərzaqlıq taxıl idxal edir. Dövlət qurumlarının açıqladığı rəqəmlərə əsasən, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir. Bu, ümumi buğda ehtiyatları balansı baxımından 40 faiz idxaldan asılılıq deməkdir. Un emalı sənayesinin tələbatına görə, idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalında buğdanın 75 faizi idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir. Bəs, görəsən, dünyada qıtlıq yarandığı halda, yerli fermerlərin məhsulları ərzaqlıq taxıl ehtiyatı kimi istifadə edilə bilərmi?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Azərbaycanda əkilən buğdanın keyfiyyət baxımından istehlaka yararlı olanı da var, olmayanı da:

"Bu il taxıl kifayət qədər çox əkilib. Eyni zamanda, Qarabağ azad edildikdən sonra həmin ərazilərdə də çox böyük əkin sahələri də istifadəmizə daxil olub. Onu qeyd edim ki, bu məsələnin gündəmə gəlməsi taxıl qıtlığı ilə bağlı yaranmış situasiyadır. Azərbaycanda taxıl qıtlığı gözlənilmir. Məndə olan məlumatlara görə, ehtiyat fondunda müəyyən qədər taxıl var".

Deputat vurğuladı ki, ölkədə buğda və un qıtlığı olmaması üçün müəyyən ölkələrlə danışıqlar gedir:

"Məqsəd də bu sahədə problemin olmaması ilə bağlıdır. Amma ümumi götürəndə dünyada ərzaqla bağlı problem var. Lakin Azərbaycanın valyuta ehtiyatı və kifayət qədər maliyyəsi də var. Ona görə də, inanmıram ki, Azərbaycanda hansısa problem yaşansın".

V.Əhmədov qeyd etdi ki, Azərbaycanda əkilən taxılın müəyyən hissəsindən un istehsalında istifadə olunur:

"Amma elə taxıl var ki, bundan istifadə mümkün deyil, yalnız heyvan yeminə yönəldilir. Bir daha qeyd edirəm ki, son vaxtlar işğaldan azad olunmuş ərazilər də nəzərə alınmaqla Azərbaycanda kifayət qədər taxıl əkilir. Eləcə də, digər ölkələrlə danışıqlar aparılır və bir sözlə, bu sahədə ciddi iş gedir. Bütün məsələlər dövlət başçısının birbaşa nəzarəti altındadır. Bir məqama diqqət edək ki, bununla bağlı ayrıca agentlik yaradıldı. Əvvəllər Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin tərkibində idi, amma indi ayrıca qurum kimi bu məsələlərlə məşğul olur. Əgər bu gün dövlətin vəsaiti, pulu varsa və taxıl lazım olarsa, onu Braziliyadan, Kanadadan alıb gətirəcək. Onu da deyim ki, bizimlə çox yaxın olan Pakistan Azərbaycana istənilən qədər taxıl verməyi təklif edib".

İqtisadçı Xalid Kərimli bildirdi ki, Azərbaycan taxıla olan ümumi ehtiyacının 57-58 faizini daxili yığım hesabına həyata keçirə bilir:

"Hasilatdan asılı olaraq yerdə qalan taxılı xaricdən idxal edirik. 40-42 faiz taxılı müxtəlif ölkələrdən idxal edirik ki, burada əsas yeri Rusiya tutur. Yəni ərzaq üçün taxılı Rusiya, Ukrayna və Qazaxıstandan idxal edirdik ki, indiki məqamda Ukraynanı bu sıralamadan çıxarırıq. Rusiya və Qazaxıstanla əlaqələrimiz qaydasındadır. Məlum məsələlərə görə heç bir dünya ölkəsi Ukrayna ilə ixracı təşkil edə bilmir. Bütün bunlara baxmayaraq, Azərbaycanda taxıl problemi gözlənilmir. Hələ 8-9 aylıq buğda ehtiyatımız var. Eyni zamanda, taxıl və un məhsullarının təkrar ixracı üzərində də İqtisadiyyat Nazirliyinin nəzarəti var. Yəni narahatlığa əsas yoxdur. Hələlik isə ümumi şəkildə bahalaşma riski ilə üzləşə bilərik".

Ekspertin sözlərinə görə, daxili yığım hesabına 57-58 faiz toplanan taxılın əhəmiyyətli hissəsi ərzaqlıq taxıl standartına cavab vermir:

"Yerli istehsalın 25 faizi vasitəsilə ərzaqlıq taxıl tələbatımızı ödəyə bilirik. 75 faiz ərzaqlıq taxıl xaricdən idxal olunur. Hazırda hökumət daxili yığım hesabına 25 faizlik ərzaqlıq taxıl həcmini 75 faizə qədər qaldırmağı planlayır. Bunu aqrotexniki qaydalar, işğaldan azad edilmiş ərazilərdəki dəmyə taxıl əkini hesabına həyata keçirmək istəyir. İşğaldan azad edilmiş ərazilərdə taxıl üçün təqribən 200 min hektar yararlı torpaq var ki, bunun da yarısında əkin işləri aparılır. Hesab edirəm ki, Qarabağ və Şərqi Zəngəzurdakı əkin yerlərindən istifadə edəndən sonra Azərbaycanın taxıl ehtiyacının 63-65 faizə qədərini yerli istehsal hesabına ödəyəcəyik. Amma bu plan reallaşana qədər idxaldan asılı olacağıq. Təbii ki, işğaldan azad edilmiş ərazilərdəki əkin hesabına hasilat artacaq və bu da problemləri bir az yumşaldacaq".

X.Kərimli qeyd etdi ki, Azərbaycanın torpaq ehtiyatları taxıl ehtiyacımızı tam ödəməyə imkan vermir:

"Torpağın aqrotexniki qaydaları var. Bir ərazini hər il əkəndə məhsuldarlıq aşağı düşür, ona görə də, torpaq dincə qoyulmalıdır. Ümumilikdə Azərbaycan taxıl problemini yumşaltmaq üçün addımlar atır, subsidiyalar verir, yeni əkinlər həyata keçirir. Ümid var ki, ərzaqlıq taxılın 25 faizlik indiki istehsal səviyyəsini də artıracağıq, amma asılılıq yenə də qalacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 597   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 202
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

06.05.2024 2816
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

06.05.2024 277
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 230
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 254
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 213
.

"Hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycan bu sahədə nümünəvi model ortaya qoyub"-DEPUTAT

"Hər zaman beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycan bu sahədə nümünəvi model ortaya qoymuşdur. Ötən həftə ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumda 110 ölkədə

06.05.2024 88
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 915
.

"Azərbaycan bütün dünyanı narahat edən problemlərdən çıxış yolunu axtaran bir ölkəyə çevrilib"

"Azərbaycan bu gün daha bir mötəbər tədbirə ev sahibliyi edir. Mayın 1-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin nümayəndəsinin iştirak etdiyi "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirildi. Azərbayca

06.05.2024 212