Arvadının xəyanətini öyrənmək üçün görün nə etdi - Sumqayıtdakı qətlin təfərrüatı

Arvadının xəyanətini öyrənmək üçün görün nə etdi - Sumqayıtdakı qətlin təfərrüatıSumqayıtda arvadını qətlə yetirməkdə təqsirləndirilən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Orxan Həsənovun arvadını hansı səbəbdən öldürməsi ictimaiyyətə qaranlıq qalıb.

BiG.AZ xəbər verir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə bu il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən istirahət mərkəzinin kortecində baş verib. Orxan qısqanclıq zəminində arvadı Aişə Həsənovanı qətlə yetirib.

Təqsirləndirilən Orxan Həsənov ifadəsində bildirib ki, 2016-cı ildə Dağıstan Humanitar Universitetinin iqtisadiyyat fakültəsini bitirib və iki il sonra Aişə Həsənova ilə ailə qurub:

"Valideynlərimlə birlikdə Sumqayıtda yaşayırdıq. İlk əvvəllər aramızda problem olmurdu. Lakin Aişənin telefonuna mesajlar gəlməyə başladı. Baxdım ki, başqa kişilərlə yazışır. Arvadımın telefonunu əlindən alıb, valideynlərinə göndərdim. Həmin vaxt Aişə hamilə idi. Onu rayona ana və atasının yanına göndərdim. Fikirləşirdim ki, bəlkə qızlarına öyüd-nəsihət verərlər. Amma anası qızını tənbeh etmək əvəzinə bir-iki aydan sonra telefonu yenidən ona ötürdü".

Orxan Həsənov deyib ki, iki ay sonra qayınatası ona zəng vurub qızının uşaq arabası almaq adı ilə evdən çıxdığını və geri qayıtmadığını deyib:

"Dedi ki, uşaq ağlayır, dayanmır, gəl uşağını apar. Həmin gün atamla birgə Yevlaxa getdik. Ayişəni axtardıq, amma tapa bilmədik. Arvadımın itkin düşdüyünü zənn edib Yevlax Rayon Polis İdarəsinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdim, körpə övladımı da özümlə gətirdim".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu hadisədən təxminən 15-20 gün sonra Aişə zəng vuraraq, başqa bir oğlana qoşulub qaçdığını, oğlanın valideynlərinin onu qəbul etmədiklərini, incitdiklərini deyib:

"Sonradan bildim ki, Aişənin başqasına qoşulub qaçdığını valideynləri məndən gizlədiblər. Özü mənə dedi ki, sənin köməyinə ehtiyacım var. Övladımız olduğuna görə bağışlayıb Bakıya gətirdim, qohum evinə yerləşdirdim. Amma yenə dinc dayanmadı, yad kişilərə sevgi mesajları yazırdı. Kirayə mənzil tutub Aişəni oraya köçürdüm. Bir gün də yanında qaldım, uşağına sahib çıxmadığını görüb körpəni özümlə evimizə gətirdim".

O, qeyd edib ki, Aişəyə valideynləri ilə yanaşı o da mütəmadi olaraq maddi köməklik edib:

"Cəmi iki ay o evdə qaldı. Sonra yenidən yoxa çıxdı. Ev sahibəsinə zəng vurdum, O, mənə Aişəni restoran müdiri saxladığını, onunla görüşdüyünü, yalnız həmin şəxsin vasitəsilə tapa biləcəyini dedi. Həmin adamın işlədiyi restoranı tapıb ora getdim. Əvvəlcə Aişənin əri olduğumu gizlətdim. Belə bir qadın tanımadığını dedi. Aişənin şəklini göstərəndə dedi ki, onu Aysun kimi sosial şəbəkədən tanıdığını, münasibətləri yarandığını dedi. Aişəni tapmaqda köməklik göstərməyi xahiş etdim. O, da razılaşdı. Aişəyə zəng vurdum, "Bravo market"in yanına görüş təyin etdim".

Arvadı ilə son dəfə münasibətləri aydınlaşdırmaq qərarına gələn Orxan "Bravo market"in qarşısına gələrək orada Aişəni gözlədiyini bildirib:

"Bir saata kimi gözlədikdən sonra Aişə gəldi, ona yaxınlaşdım. Ona birlikdə otelə getməyi, iki gün sonra oğlumuz İlyasın ad gününü qeyd etməyi və boşanma ərizəsi yazmağı təklif etdim. Razılaşdı. Taksi ilə Sumqayıta gəldik. İstirahət mərkəzində kottec götürdük, hisə verilmiş toyuq, sok, çörək, cipsi aldıq, birgə şam etdik. Sonra uzanıb özümü yuxuluğa vurdum. Aişə mənin yatdığımı zənn edib gecə saat 03:00-da kiminləsə pıçıltı ilə görüntülü danışırdı. Sonra gəlib yatağa uzandı, yuxuya getdi. Onun telefonuna səssiz zəng gəldiyini görüb, diqqət edəndə "Müşü" yazıldığını gördüm. Telefonu açanda "Aişə haradasan? Dostumla birgə səninlə görüşmək istəyirik" dedi. Bu sözü eşidəndən sonra yastığı götürdüm, Aişəni yuxudan oyadıb "Müşü"nün kim olduğunu soruşdum. Artıq onun xəyanətlərindən, hərəkətlərindən bezmişdim. Ona görə də yastığı üzünə basıb var gücümlə sıxdım. Öldüyünə əmin olmaq üçün nəbzini yoxladım. Atama zəng vurub Aişəni öldürdüyümü dedim".

Zərərçəkənin hüquqi varisi Məhərrəm Paşayev ifadəsində bildirib ki, qızının yüngül həyat tərzi keçirməsi ilə bağlı Orxan və onun valideynləri tərəfindən məlumatlandırılıb:

"Aişənin yolunu azması mənə çox pis təsir etdiyindən onunla əlaqəmizi kəsmişdik, maraqlanmırdıq. Bakıda kirayədə qaldığını eşitsəm də, harada yaşadığını, necə dolandığını bilmirdim. Yanvarın 17-də polisdən zəng vurub Ayşənin əri tərəfindən öldürüldüyünü dedilər. Qızımın meyitini gətirib rayonda dəfn elədik".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Həsənov 12 il azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1818   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 125
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 967
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 139
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340