"Azərsığorta" yenidən təşkil olunur - FƏRMAN

"Azərsığorta" yenidən təşkil olunur - FƏRMAN"Azərsığorta" yenidən təşkil olunacaq.

Bununla əlaqədar olaraq Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Müəyyən edilsin ki:

2.1. Cəmiyyət "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;

2.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;

2.3. Cəmiyyətin Direktorlar Şurası "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 26.1.4–26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

3. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

3.1.2. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:

1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2. İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

4. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

5. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

3.2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 321   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

20:45 96
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

17:19 186
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

14:21 377
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 123
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

22:00 0
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 353
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

21:45 48
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

11:56 940
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1121