Tanınmış boksçu Corc Forman ZORLAMADA ittiham olunur

Tanınmış boksçu Corc Forman ZORLAMADA ittiham olunurİki qadın boks üzrə keçmiş dünya çempionu Corc Formanı cinsi zorakılıqda ittiham edib.

BiG.AZ Lent.az-a istinadla bildirir ki, onlar Los-Anceles məhkəməsində Formana qarşı iddia qaldıraraq, 12,5 milyon dollar məbləğində təzminat almağı gözləyirlər. Hadisənin hələ 1970-ci illərdə baş verdiyi təsdiqlənir.

Artıq əfsanəvi idmançının özü də ittihamlara münasibət bildirib. Onun sözlərinə görə, qadınlar saxta ittihamlar irəli sürərək, təxminən 6 aya yaxın ondan pul almağa çalışıblar:

"Son altı ay ərzində iki qadın məndən və ailəmdən milyonlarla dollar qoparmağa çalışıblar. Onlar yalandan iddia edirlər ki, mən onları 45 il əvvəl, hələ 1970-ci illərdə zorlamışam.

Mən bu ittihamları qəti şəkildə rədd edirəm. İdman nailiyyətlərim qədər mənim üçün vacib olan nüfuzumla fəxr edirəm. Məni əsassız ittihamlarla, yalanlarla qorxutmasınlar.

İttihamçıları ifşa etmək və məhkəmədə özümü müdafiə etmək üçün vəkillərimlə işləyəcəm.

Mən döyüşlərə qarışmıram, amma onlardan da qaçmıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 696   Tarix: 16 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 308
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 354
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 562
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 293
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 283
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 365
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 633
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 988
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 329