Arzularının dalıyca bıçaq altına yatdılar - Fantastik personajlara ÇEVRİLDİLƏR - FOTOLAR
Bir çox insanlar öz görünüşlərindən narazıdırlar. Əlində pulu və güclü xəyal gücü olanlar bəzən həddən artıq saxta reallıq təsirinə düşür və özlərini plastik cərrahiyyə yoluyla sevdikləri personajlara çevirirlər.
BiG.AZ oxucuları belə şəxslərlə tanış edir:
Luis Pardon
Buenos-Ayresdən olan 30 yaşlı argentinalı uşaqlıqda tez-tez ətrafdakıların məsxərə obyektinə çevrildiyi üçün nağıllara və fantastikaya meylini salıb. Böyüdükdə isə Luis 32 min dollardan çox xərcləyərək özünü elfa çevirib.
O, bədəninin ideal ağ rəngdə olması üçün gündən qoruyan kremlərə minlərlə dollar xərcləyir. İndiyədək liposaksiya, rinoplastika keçirb, botoks etdirib, gözlərinin rəngini dəyişib və bədənindəki bütün tükləri təmizlətdirib. Oğlan saç transplantasiyası etdirməyi və daha hündür görsənmək üçün əzalarını uzatdırmağı planlaşdırır.
Ofeliya Vaniti
Los Ancelesdən olan 35 yaşlı qadın "Barbie" kuklasına oxşamaq üçün 32 min dollardan çox pul xərcləyib.
O, botoks, dermal doldurucu (filler) və müxtəlif kosmetik prosedurlar etdirib, sinə və omba əməliyyatı keçirib, hazırda belini daha incə etmək üçün qabırğasını çıxartdırmağı planlaşdırır.
Rodriqo Alves
37 yaşlı braziliyalı uşaqlıqdan "Barbie" gəlinciyinin sevgilisi olan Kenin pərəstişkarı olub.
2004-cü ildən Londonda yaşayan Alves 42 cərrahi prosedur keçirib, saxta omba və "press" sahibidir. Sonuncu plastik proseduru 2016-cı ilin fevral ayında keçirib, lakin bir müddət sonra burnunda dəlik yarandığı üçün yenidən xəstəxanada yatmalı olub.
Vinni Oh
Los-Ancelesdən olan 27 yaşlı gənc, cinsiyyəti olmayan yadplanetliyə bənzəmək üçün 110-dan çox plastik əməliyyat etdirib.
İlk dəfə beş il öncə dodaq dolğusu üçün cərraha müraciət edib. Daha sonra yanaq, qaş və dodaq formasını dəyişib, 5 dəfə burun əməliyyatı etdirib.
Transormasiyasını sonlandırmaq üçün o, cinsiyyət orqanlarını, döş gilələrini və göbəyini "yox etməyi", alın və qulaq formasını dəyişməyi, çənə və yanaqlarına silikon implantlar yerləşdirməyi planlaşdırır. Bütün bu prosedurların qiyməti təxminən 160 min dollardır.
Piksi Foks
İsveçdən olan 30 yaşlı model "Dovşan Roceri kim zərbə altında qoyub?" filmindən olan cazibədar personaja oxşamaq üçün 135 min dollardan çox pul xərcləyib.
Henri Demon
Venesueladan olan 42 yaşlı bu adam "Marvel" dünyasından olan "Qırmızı Kəllə"ni özünə kumir seçib.
Mənfi obraza bənzəmək üçün üzünü döymələrlə "bəzəyib", kəllə sümüyündə çoxsaylı modifikasiyalar, rinoplastika və digər ağrılı əməliyyatlar etdirib.
Kassandra Kass
"Dovşan Roceri kim zərbə altında qoyub?" filminin qırmızı libaslı "gözəlçə"sinə bənzəmək istəyən 42 yaşlı amerikalı transgender qadın da 200 min dollarından keçib.
Andressa Demiani
Braziliyanın Blumenau şəhərindən olan 28 yaşlı gözəlçə əsl şahzadə olmaq arzusuna düşüb və özünü "Soyuq ürək" cizgi filminin qəhrəmanı Elzaya çevirib.
Natəvan Baxşiyeva
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 1214 Tarix: 16 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR
"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə
11.09.2021 2925 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Yeni Zelandiyanın adı dəyişdirilir?
Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri
15.09.2021 1222 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329 Borşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801