"Hansı qayğıdır ki, o özünü öldürüb?" - Flora Kərimova icra başçısına səsləndi

"Hansı qayğıdır ki, o özünü öldürüb?" - Flora Kərimova icra başçısına səsləndi"Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir Vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?"
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova intihar edən qazi ilə bağlı instaqram hesabında yazıb. İcra başçısına səslənən müğənni sözlərinə belə davam edib:

"O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havaya qədər bu oğullara borcluyuq. Niyə axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik? Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bilmirəm! Bir intihar, beş intihar, yetmədimi? Bəs etmədi bu torpaq üçün şəhid olan 4000 şəhidin qanı ki, yarıcan canları ilə ələşən qazilər də "qurban" olsun?!

İcra başçı (Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri - red.) deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o özünü öldürüb bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi?! Psixoloji problemləri var idisə, daha həssas olmalı idiniz. Kimisə durduq yerə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin, millətin hissiyatı ilə oynadınız. Sizin bir addımınızın əks-sədası hara qədər qalxır, özünüz yaxşı bilirsiniz. Amma görürəm, bacardığınız qədər millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz. Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Məni daha çox utandıran odur ki, bu gün bizlər üçün canını fəda edən birinin həyatın qurtara bilərdik. Bilərdik, tək mən yox, hamımız!".

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1298   Tarix: 13 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2175
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1447
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1077
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1100
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1065
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1273
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 345
.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1104
.

Qəzzada ölənlərin sayı 34535-ə yüksəlib

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 34535-ə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda Qəzza zolağına edilən 5 hücumda 47 fələstinlinin həyatını itirdiyi, 61 fələstinlinin isə yaralandığı bildirilib. Açıqlamada

30.04.2024 596