İstənilən adamı özünüzə aşiq edə bilərsiniz - Bilmədiyimiz MARAQLI FAKTLAR

İstənilən adamı özünüzə aşiq edə bilərsiniz - Bilmədiyimiz MARAQLI FAKTLARSevginin yuvası qəlbdir yoxsa beyin?

Əslində sevmək dediyimiz şey orqanizmdə kimyəvi proseslərin sürətlənməsi deməkdir. Elə bu proseslərə görə xoşəxt sevgi insanı gözəlləşdirir, gəncləşdirir, uğursuz sevgi qocaldır.

Lent.az sevginin kimyası barədə çox maraqlı məlumatı diqqətinizə çatdırır.

Sevgi insan beyninə narkotik kimi təsir göstərir, asılılıq yaradır. İnsanın sevgisi (biz buna ehtirası desək, daha düz olar), artdıqca beyində həyəcan və həzz duyğularının yaranmasına səbəb olan hormonlar aktiv hala gəlir. Həmin hormonlar bunlardır:

Dofamin, noradrenalin və feniletilamin maddələrinin artıq ifrazı nəticəsində tənəffüsümüz sürətlənir, təzyiqimiz, nəbzimiz yüksəlir.

Noradrenalin maddəsi beynin diqqət və ətrafa cavab verən hissələrinə təsir edir. Aşiq olan insanın fikrini cəmləyə bilməməsi, dalğın olmasının səbəbi noradrenalinin ifrazının çoxalması ilə bağlıdır.

Adrenalin və noradrenalin birlikdə ürək döyüntülərini, qanda qlükoza miqdarını və skelet əzələlərinə gedən qan axınını artırır, insanı cəsur və davakar edir. Sevgilisindən ötrü cəng edən qəhrəmanları qəhrəman edən bu hormondur.
Beyində noradrenalin səviyyəsinin artmasıyla xoşbəxtlik artır, iştah azalır. Aşiq olan şəxslərin səbəbsiz sevincinin, iştahdan kəsilməsinin, yuxusuzluğunun səbəbi budur.

Feniletilamin ürək döyüntüsünün sürətlənməsi, əllərin tərləməsi və tənəffüsün çətinləşməsi kimi reaksiyalara səbəb olur. Bunun üçün sevdiyin şəxsdən xoş mesaj almaq yetərli olur.

Dofamin isə insanı daha danışqan, daha romantik edir, həyəcanı artırır. Bu duyğular beyni xoşbəxt etdiyi üçün beyin daima sevgiyə ehtiyac duyur. Çoxları "sevgi öldü, əvvəlki həyəcan qalmadı" deyir. Yox, sevgi ölməyib, sadəcə, tərəflər bir-birlərini yaxşı tanıyırlar deyə, alışırlar, həyəcan itir və bu hormonlar ifraz olunmur. Yaradıcı insanların beyni xoşbəxt etmək üçün yeni duyğular, hisslər arxasınca qaçmasını bununla izah eləmək lazımdır.

Bəs beynin "həyəcanlanma" funksiyası zamanla korşalmırmı? Bəli, korşalır. Necə ki, narkotik maddələr bir müddət sonra həzz yerinə, ağrı verməyə başlayır. Dayanmadan yeni duyğular arxasınca qaçan da ( çox aşiq olan, sevgililəri çox olan insanlar) bir müddət sonra sevgi duyğusunu itirirlər. Ortada, sadəcə fiziki təmaslar nəticəsində yaranan az müddətli hormonal proses - şəhvət qalır. Bir müddət sonra həzz duyğusu ümumiyyətlə qeyb olur.

Sevgi dediyimiz şey, əslində beynimizin insan nəslinin davam etməsi üçün qurduğu oyundan başqa bir şey deyil.
İnsanların bir-birinin diqqətini çəkməsini təmin edən əsas maddə feromonlardır. Feromonları tər vasitəsilə dəri səthinə çıxan və oradan da buxarlanan cinsi hormonlardır. Hər bir insanın feromonunun öz qoxusu var, biz bu qoxunu hiss etmirik, beyin hiss edir.

Məsələn, beyin qarşısındakı şəxsin hansı xəstəliklərinin olmasını o feromonların qoxusu ilə ayırd edir, gələcək nəslin sağlamlığını nəzərər alıb qərar verir.

Beyin üçün ehtiyat piy təbəqəsi bol olan qadınlar (kök və sağlam qadınlar) daha çəkicidir. Çünki məhz onlar dünyaya sağlam uşaq gətirməyə və keyfiyyətli südlə təmin etməyə qadirdirlər.

Kişi beyni çiyni, sağrısı və bud nahiyəsi böyük olan qadını ideal sayır. Çünki qadın cinsi hormonları olan estrogenlər piyin məhz sağrı və bud nahiyəsində yığılmasını təmin edir.

Qadın beyni enlikürək kişini güclü hesab edir. Ona görə uniformalı kişilərə qadınların marağı çox olur. Beyin bu kişini güclü, gələcək nəslin etibarlı qoruyucusu kimi qəbul edir.

Qısası, sevgi dediyimiz o ali duyğu əslində beynin çoxalmaq instinktidir. Kim kimi idarə edir sizcə?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 07 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447