"Həmin Zaur" verilişinə görə ARB-yə XƏBƏRDARLIQ EDİLDİ

"Həmin Zaur" verilişinə görə ARB-yə XƏBƏRDARLIQ EDİLDİAzərbaycan Respublikası Audiovizual Şurası "ARB" televiziya kanalında yayımlanan "Həmin Zaur" proqramı müğənni Afşin Azərinin efirdən çıxarılması faktına münasibət bildirib.

Şuradan "Report"un sorğusuna cavab olaraq bildirib ki, Şura audiovizual proqramların yayımı zamanı qanunvericiliyin pozulması hallarında hər hansı bir reaksiyanı verir.

Qeyd olunub ki, bu reaksiya açıqlama, bəyanat, xəbərdarlıq və daha sərt - hər hansı bir sanksiyanın tətbiq olunması ilə bağlı Şuranın qərarı formasında ola bilər:

"29 iyun 2022-ci il tarixdə "ARB" ümumölkə yerüstü televiziya yayımçısının efirində "Həmin Zaur" proqramı zamanı aparıcı Zaur Kamal ilə efirə dəvət olunan qonaq müğənni Afşin Azəri arasında ziddiyyətli dialoq baş verib, sonra isə aparıcı qonağı efirdən çıxarıb. Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri təfindən proqramın monitorinqi həyata keçirilib, yaranan xoşagəlməz hala baxmayaraq yayım zamanı qanunvericilyin pozulması faktı qeydə alınmayıb.

Belə ki, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 5.4-cü maddəsinə əsasən media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Proqrama hansı qonağın, hansı vaxtda, hansı tərzdə dəvət olunması və ya efirdən uzaqlaşdırılması tam olaraq redaksiya müstəqilliyi müstəvisinə aid bir məsələdir. Baş vermiş insident zamanı qonağa qarşı hər hansı nalayiq ifadə istifadə olunmayıb, qonağın fikirlərinin redaksiyanın fikirləri ilə üst-üstə düşməməsi halı baş verib və nəticədə proqramın redaksiyası qonağı efirdən çıxarıb".

Qeyd olunub ki, ictimai reaksiyanı nəzərə alaraq Şura tərəfindən ARB kanalının rəhbərliyinə müəyyən tövsiyə və izahatlar verilmiş, gələcəkdə belə ictimai qınağa səbəb olan halların təkrarlanmaması üçün xəbərdarlıq edilib.

Sosial şəbəkələrdə, internet televiziyalarda aparıcının bu davranışını "Media haqqında" Qanunun 14.1.7-ci maddəsinin (şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı tələbin) pozulması kimi qiymətləndirirlər. Şuranın həmin məqama münasibəti belə olub:

"Elə bir hal olduğu təqdirdə qarşı tərəfin bununla bağlı birbaşa olaraq məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Özünü zərərçəkmiş hesab edən şəxsin əvəzinə Şuranın fikir bildirməsi doğru olmazdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3954   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova və Faiq Ağayevin SƏMİMİ GÖRÜNTÜLƏRİ - FOTO

Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev bir araya gəlib. xəbər verir ki, məclislərdən birində görüşən müğənnilər obyektiv qarşısına keçərək şəkillər çəkdiriblər. Kazımova sözügedən görüntüləri instaqram hesabında yayımlayıb

12.05.2024 3716
.

EFİRDƏ GƏRGİN ANLAR: "Balaəli kimdir ki?…" - VİDEO

Müğənni Mətanət Əsədova qalmaqallı açıqlaması ilə diqqət çəkib. Sənətçini qonaq olduğu "YouTube"da yayımlanan "Mirinin dibçəyi" verilişində aparıcının verdiyi sual özündən çıxarıb. Söhbət əsnasında meyxanaçı Balaəli Maştağalının adının çəkilməsi müğənninin xoşuna gəlməyib. Mətanə

12.05.2024 1147
.

Çingiz Mustafayevin TOYUDUR

Müğənni Çingiz Mustafayevin toyu olacaq. -ın məlumatına görə, o, mayın 19-u ukraynalı xanımla ailə quracaq. Qeyd edək ki, müğənninin toy məclisi Türkiyədə baş tutacaq

20:45 45
.

Efiopiyalı qadın 16 ildir ac-susuz yaşayaraq ana olub

Efiopiyalı qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir. Məlumata görə, söhbət bir anda yemək ehtiyacını itirən Muluvork Ambraudan gedir. O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son qida isə qırmızı mərci şorbası olub. Qadının vaxtının çox hissəsini həyət-bacaya sərf edir, çoxl

12.05.2024 1086
.

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısı - Video

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, 43 yaşlı ifaçı bir neçə gün əvvəl İbrahim Tatlısəsin Bakıda keçirilən konsertinə nişanlısı Bahar ilə birlikdə qatılıb. Sözügedən görüntülər "Xəzər axşamı" verilişində yayımlanıb. Müğənni müsahibəsind

13.05.2024 1566
.

Dost zərbəsi alan müğənni: "Vəzifədə olanda mənə salam vermirdi"

"Təzə aldığım paltarı əynimə geyinməmiş verirdim onlar geyinirdi". -a istinadən xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş "Günaydın Azərbaycan" verilişində deyib. Sənətçi səbət cameəsində qarşılaşdığı dost xəyanətindən danışıb. Vaxtilə yaxşılıq etdiyi müğənnilərin sonradan on

12:04 382
.

Bülent Ərsoyun vəsiyyəti

Türkiyəli müğənni Bülənt Ərsoy vəsiyətini açıqlayıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi meneceri Haluk Şəntürkə bu barədə tapşırıqlarını verib:. "Məni sən dəfn edəcəksən. Məzarım çox gözəl və təmiz olsun. Hər gün yuyucu vasitələr ilə təmizlənsin. Çiçəklərim həmişə təz

13.05.2024 1026
.

Oğlu Almaz Orucovanı sevindirdi

Əməkdar artist Almaz Orucovanın oğlu Azər Belçikada magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Övladının uğurundan danışan müğənni kövrəlib:. "Bir aydan çoxdur ki, oğlum Azərin Belçikadakı magistratura imtahanının cavabını gözləyirdik

10:08 397
.

"Kızıl goncalar"ın ulduzu yeni filmdə

"Kızıl goncalar" serialı ilə 9 ildən sonra izləyicilərinin qarşısına çıxan Özgü Namal yeni bir filmə çəkiləcək. OLAY yazır ki, aktrisanın rol aldığı ekran işi 20 mayda mövsümün finalını etdikdən sonra, o, "Sarı zarflar" adlı filmin çəkilişlərinə qatılacaq. Sözügedən layihədə İpe

10:38 318