Bakının güclü zəlzələ ola biləcək rayonu AÇIQLANDI - Bu ərazidə evlər söküləcəkmi?

Bakının güclü zəlzələ ola biləcək rayonu AÇIQLANDI - Bu ərazidə evlər söküləcəkmi?"Nəsimi rayonu paytaxt Bakıda güclü zəlzələlər baş verməsi ehtimal olunan rayonlardan biridir".

Bu barədə BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, zəlzələyə davamlılıq baxımından ən həssas yerlər dənizkənarı ərazilər və Nəsimi rayonudur:

"Paytaxt Bakı geoloji baxımdan o qədər mürəkkəbdir ki, yan-yana tikilmiş binaların biri 8, digəri 9 ballıq zəlzələyə davamlılıq göstərir".

Direktor onu da söylədi ki, icrasına bir müddət öncə başlanılan paytaxtın seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanması prosesi çox ləng aparılır:

"Tam detalları əhatə edən siyahının hazırlanması hələ bir neçə il davam edəcək. Bu zaman Bakıda inşa olunan binaların hər biri seysmik baxımdan analiz ediləcək".

Q.Yetirmişlinin bu açıqlaması özü ilə bərabər bir sıra problemləri gündəmə gətirir. Ən əsas da, qəliz relyefi ilə bilinən paytaxt Bakıda binaların zəlzələyə davamlılıq məsələsini...

Görəsən, daha əvvəl tikintisinə icazə verilən və sonradan aktiv seysmik ərazidə inşa edildiyi məlum olan binaların və fərdi yaşayış evlərinin gələcək taleyi necə olacaq? Həmin evlər sökülə bilərmi? Sahibkarlara və sakinlərə kompensasiya veriləcəkmi?

Tikilən binaların zəlzələyə dözümlülüyü və onların gələcək taleyi ilə bağlı suallarımızı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cavablandırdı. Ekspert bildirdi ki, Bakıda tikilən çoxmənzilli binalarda zəlzələyə davamlılıqla bağlı problem yaşanmamalıdır. Çünki onların tikintisində müəyyən qaydalar və normalar müəyyən olunub:

"Tikinti şirkəti layihə hazırlayan zaman müvafiq ərazi üzrə qrunt səviyyəsinin yoxlanılması, seysmik vəziyyəti və sairlə bağlı rəyləri əlavə edir. Əvvəl tikintiyə nəzarətlə bağlı rəylər bina hazır olduqdan sonra verilirdisə, indi bu, hər bir mərtəbə tamamlandıqda həyata keçirilir".

Fərdi yaşayış evlərində isə zəlzələyə davamlılıqla bağlı problem ola bilər. Ekspertin fikrincə ölkəmizdə fərdi yaşayış evlərinin tikintisinə nəzarət elə də güclü deyil. Ancaq bu evlər söküləcəyi təqdirdə vətəndaşlara kompensasiya veriləcək:

"Paytaxtda, tikintiyə icazə verilməyən ərazilərdə on minlərlə ev inşa olunub. Hesab edirəm ki, fərdi yaşayış evinin seysmik baxımdan aktiv ərazidə inşa olunması təsdiq edilərsə, onun sökülməsinə qərar verilə bilər. Əgər tikinti prosesi başa çatıbsa və mənzildə yaşayış varsa, evin sənədli olub-olmamasından asılı olmayaraq vətəndaşa kompensasiya veriləcək.

R.Osmanlı Qurban Yetirmişlinin zəlzələyə davamlılıqla bağlı xüsusi vurğuladığı Nəsimi rayonunda inşa edilən binaların gələcək taleyinə də münasibət bildirdi:

"Nəsimi rayonu çoxmənzilli binaların ən çox olduğu rayonlarımızdandır. Əgər seysmik aktivliklə bağlı belə bir hal var idisə və Qurban bəy də daxil olmaqla aidiyyəti qurumların nümayəndələri məsələ qaldırmayıblarsa, bu heç doğru deyil. Hesab edirəm ki, Nəsimi rayonu Yasamal rayonu ilə müqayisədə zəlzələyə daha davamlıdır. Tikinti prosesinin aparılmasına icazə verən qurumlarda seymsik aktivliyi nəzərə alaraq tikintiyə qadağa qoymaq hüquqları var. Ancaq ölkəmizdə seymoloji aktivliyin təyin edilmə mexanizmi olduqca aşağıdır. Qurumların bu aktivliyi öyrənmək imkanları məhduddur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1431   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin artımı əhalinin sosial rifahının artımının göstəricisidir" - Ekspert

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb.Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb

16:09 185
.

32 il gözlədi, qızı ilə eyni parta arxasında oturdu: 53 yaşlı tələbənin təhsil sevgisi - FOTO/VİDEO

32 il. 17 yaşlı bir qız öz arzusuna çatmaq üçün bu qədər gözləməli olub. Bu gün o, gənc tələbələrlə eyni masa arxasında oturaraq özündən yaşca kiçik müəllimlərdən dərs alır. Yaşı 53 olsa da, gözündəki həyəcan və oxumaq həvəsi elə 17 yaşındakı kimidir. Söhbət Gülşən Binnətovadan gedir. Gülşən xanım Bak

10:55 417
.

"Aparıcıların IQ-sü yoxdur"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: . "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günah

12:27 248
.

Nigeriyada bazaya hücum: 5 əsgər həlak oldu

Nigeriyanın Katsina ştatında hərbi bazaya silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 əsgər həlak olub, 11-i yaralanıb. Bu barədə Nigeriya ordusu bəyanat yayıb. Bu yaxınlarda ölkədə silahlılar motosikletlərə hücumlar həyata keçirilib

11:59 94
.

"Bakı Zooparkı" internet üçün hər ay 1 230 manat xərcləyəcək

Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") "Bakı Telefon Rabitəsi" MMC ilə satınalama müqaviləsi imzalayıb. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə "Bakı Zooparkı" "Bakı Telefon Rabitəsi"ndən 8 ay ərzində internet xidmətlər

15:51 212
.

"Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi"

"Şuşada yeni tarix başlayır. Artıq Şuşa ilk sakinlərini qəbul etdi. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq.2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi v

14:46 136
.

Sürücülərin DİQQƏTİNƏ! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətind

17:01 202
.

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Sabir İslam oğlu Mustafayev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Azərtac-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyini

14:26 276
.

İstanbul metrosunda bomba tapıldı

İstanbulda metrostansiyanın çıxışında əldəqayırma bomba tapılıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda ərazidə yol bağlanıb. Faktla bağlı araşdırmalar davam edir

17:53 188