Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol artıq hər iki ölkənin prezidentləri səviyyəsində təsdiqlənib. Protokola əsasən, Bakı şəhəri və Qəbələ rayonunda iki peşə təhsili mərkəzi birgə idarə olunacaq".

Bunu APA-ya açıqlamasında Peşə Təhsili üzrə Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində 10-a yaxın ixtisas olacaq:

"Bu ixtisasları sırasına aşpazlıq, İT texnologiyaları, dizayn, tekstil və digərləri daxildir. Sözügedən sahələrdə birgə təhsil proqramları olacaq. Təhsil proqramları Türkiyə standartları nəzərə alınmaqla, Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaqla həyata keçiriləcək. Məqsədimiz bu il və növbəti təhsil ilində bu istiqamətdə fəaliyyəti həyata keçirməkdir. Artıq bununla bağlı işlərə start verilib. Bakı şəhərində yeni peşə məktəbi tikilməyə başlanılıb və gələn ildən tələbə qəbulu həyata keçirməyə başlayacağıq. Qəbələ rayonunda isə hazırda araşdırma aparırıq. Ola bilər ki, ya bu il, ya gələn il orda da qəbula başlanılsın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 451   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır. xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb. Kadrlarda son tamamlanma işlərinin getdiyini görmək mümkündür. Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələd

13.05.2024 394
.

Keniyada daşqınlar baş verib: 267 ölü, 188 yaralı

Keniyada təxminən 3 həftədir ki, effektiv olan güclü yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb. Bu barədə Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlama yayıb. Daşqınlar zamanı 188 nəfərin yaralandığını bildirən Kindik

13.05.2024 268
.

"Danışıqlar İlham Əliyevin təklif etdiyi kimi vasitəçilərsiz ,ATƏT-siz baş tutdu" - Politoloq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri Yan Borq ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması regionda sabit və dayanıqlı sülhün bərqərar olmasına töhfə verəcək. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafo

13.05.2024 376
.

Tələbəni öldürən həmyaşıdına hökm oxundu

İdman Akademiyasının tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, F.Məmmədov qəsdən adam öldürməkdə təqsirl

14:55 320
.

Hindistanda toz fırtınası oldu: 8 ölü, 59 yaralı

Hindistanın Mumbay şəhərində toz fırtınası olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Onların yıxılmış reklam lövhəsi altında qalaraq öldüyü məlum olub. Bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) bildirib ki, dağıntıla

11:33 89
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

10:50 214
.

Qəzzada ölənlərin sayı 35173 nəfərə çatıb

İsrail Qəzzaya hücumların 221 gündür ki, davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 35 min 173 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində həlak olan insanların sayı son 24 saat ərzində 82 nəfər artıb. Qeyd edilib ki

12:52 86
.

"COP29 beynəlxalq əməkdaşlıq və qarşılıqlı olaraq ortaq mövzuların müzakirəsi üçün əlverişli platformadır"

"COP29 tədbiri Azərbaycanın müstəqillik tarixində miqyasına görə ilk beynəlxalq tədbir olacaq. Bu Azərbaycan üçün böyük sınaqdır ki, belə bir tədbir məhz ölkəmizdə keçiriləcək. Bundan əvvəl olan tədbirlər kimi, bu tədbirində ölkəmiz üçün bir neçə müstəvidən olduqca vacib əhəmiyyəti var. Birincisi

14:54 88
.

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. "Unikal"ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib. Sonuncu dəfə Azərbaycanı

17:46 34