Azərbaycanda, yoxsa xaricdə dincələk?

Azərbaycanda, yoxsa xaricdə dincələk?Hər il yay fəsli - turizm mövsümü gələndə ölkə vətəndaşları istirahətlə bağlı seçim etməli olur: Azərbaycanda yoxsa xaricdə dincələk?

Təbii ki, həm ölkə daxilində, həm də ölkə xaricində gəzməli-görməli yerlər çoxdur.

Bununla belə, əksər insanlar üçün yerlər arasında seçim etmək maddi imkanlara bağlıdır. Yəni, az büdcə ilə istirahət etmək istəyənlər Azərbaycanda, çox büdcə ilə istirahət etmək istəyənlər isə Azərbaycandan kənarda dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, bəzən ölkə daxilindəki hotellərin qiymətləri ölkə xaricindəki hotellərin qiymətlərini üstələyir. Sadəcə aviabiletlərə çəkilən xərc hesabına xarici turizm daxili turizmdən baha başa gəlir.

"Report" mövzunu turizm sahəsi üzrə mütəxəssislərlə müzakirə edib.

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Əziz Şiriyev deyir ki, adətən azərbaycanlılar yayda Türkiyənin Antalya bölgəsində istirahət etməyə çalışırlar və Azərbaycanla kəskin qiymət fərqi ilk növbəti buradan yaranır: "Antalyada qiymətlər aviabilet nəzərə alınmadan belə olduqca yüksəkdir. Hətta müharibə şəraitində olan Rusiya və Ukraynadan da Antalyaya dincəlməyə gedənlər çoxdur. Amma mən Türkiyəyə istirahətə getmək istəyən şəxslərə Antalya kimi çimərliyi olan yerlərə deyil, İstanbul kimi mərkəz şəhərlərə getməyi məsləhət görərdim. Doğrudur, oradakı hotellərdə yalnız səhər yeməyi verilir. Amma onsuz da ora istirahətə gedən şəxsin məqsədi hoteldə qalmaq yox, gəzmək olur. Antalya kimi istirahət mərkəzlərinə qış aylarında, 30-50 %-ə qədər endirim tətbiq olunan vaxtlarda göndəriş almağı məsləhət görürəm".

Ə.Şiriyev yerli hotellərdə da qiymətlərin yüksək olduğunu təsdiqləsə də, əlavə edir ki, bahalıq olsa da, turistik məkanların heç birində boş hotelə rast gəlmək mümkün deyil.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi isə hesab edir ki, 4-5 ulduzlu, xüsusilə şəbəkə hotellərində dincəmək istəyənlər üçün ölkənin heç bir əhəmiyyəti yoxdur. Çünki həmin hotellərin qiymətləri ölkələr üzrə bir o qədər də fərqlənmir.

"Digər hotellər isə turizm bazarında yaranan tələblər əsasında təkliflərini edirlər. Yerləşmə vasitələrində qiymətlərin baha olması haqqında çoxlu sayda fikirlər söyləyirlər. Mən də qismən bu fikirlərlə razılaşıram. Düşünürəm ki, kiçik və orta biznes subyektləri olan yerləşmə vasitələrinin inkişafına və sayının artırrılmasına xüsusi diqqət yetirilməlidir. Bu seqmentə kiçik hotellər, butiklar, qonaq evləri, rezidensiyalar, apartamentlər, hostellər, kənd evləri, çadır şəhərcikləri və s. aid edilirlər. Belə müəsissələrin təklifləri artdıqca, turizm bazarında sağlam rəqabət yaranacaq, qiymətlər düşəcək. Bununla da, biz turizm və qonaqpərvərlik xidmətlərinin əlçatanlığını artıra və sənayenin daha da davamlı inkişafını təmin edə bilərik. Bunları təmin etmək üçün turizmin dövlət tənzimlənməsi prosesləri ən vacib rol oynayır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 447   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qarabağ Universitetinin əsas hədəfi beynəlxalq reytinqdə olmaqdır" - Kamran Əsədov

Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinə qəbul planının təsdiqləndiyini deyib. Təhsil eksperti Kamran Əsədov -a bildirib ki, bu, Azərbaycandakı ali təhsil məkanında yeni rəqabət yaradacaq. Yüksək ballı abituriyentlər Qarabağ Universitetində oxumaq istəyəcək. Qarabağ Universitetini

13.05.2024 247
.

Günay da Şuşaya getdi

Müğənni Günay İbrahimli Şuşaya gedib. BİG.az xəbər verir ki, o, Şuşadan şəkillərini İnstaqram sosial şəbəkəsində paylaşıb. Müğənni səfərinin məqsədinin Laçında keçiriləcək konsertdə iştirak etmək məqsədi ilə olduğunu bildirib

13.05.2024 323
.

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

Biz rənglər aləmində yaşayırıq. Bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10 min artıq rəng çalarlarını fərqləndirməyə qadirdir. Rənglərə isə dərin mənalar yükləyən şəxslərin sayıda az deyil. xəbər verir ki, mövzu ilə bağlı "Ap

13.05.2024 316
.

Bəzi qadınların maaşı artırıla bilər

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər. "Report"un əldə etdiyi məlumata görə, bu, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksin

13.05.2024 400
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13.05.2024 504
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat paylaşıb. Məlumatda bildirilib ki, enerjis

13.05.2024 275
.

Rusiyada 6,0 bal gücündə zəlzələ oldu

Rusiya ərazisində olan Baykal gölünün sahilində zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, zəlzələ 6 bal gücündə qeydə alınıb. Zəlzələ səhər saatlarında qeydə alınıb

13.05.2024 211
.

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini

13.05.2024 277
.

Keniyada daşqınlar baş verib: 267 ölü, 188 yaralı

Keniyada təxminən 3 həftədir ki, effektiv olan güclü yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb. Bu barədə Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlama yayıb. Daşqınlar zamanı 188 nəfərin yaralandığını bildirən Kindik

13.05.2024 232