Qoşulmama Hərəkatının obyektiv mövqeyi

Qoşulmama Hərəkatının obyektiv mövqeyiİyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransıkeçirilmişdir.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə təsis edilib. Bakı konfransı QH Parlament Şəbəkəsinin fəaliyyətə başlaması üçün müvafiq addımların atılması məqsədilə çağırılıb. Konfransda QH üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunur.
Bakıda təşkil edilən konfransda çıxış edən cənab Prezident İlham Əliyev mühüm məqamları yenidən ictimaiyyətin diqqətinə çatdırmışdır. Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Növbəti ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək: "Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır... Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Ölkəmiz QH-yə 2011-ci ildə daxil olub və fəaliyyətinin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və "Bandunq prinsipləri"nin təşviqinə töhfə verməyə çalışıb.
Prezident qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ermənistan tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərkən Qoşulmama Hərəkatı ölkəmizə BMT müstəvisində mühüm dəstək nümayiş etdirdi: "Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq".

Aysel Mənsimova - politoloq


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 392   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli oxçu tarixə düşdü

Türkiyəli oxçu Mete gazoz Avropa çempionu olub. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Beləliklə, Mete Gazoz olimpiyada, Dünya və Avropa Çempionatlığını qazanan ilk oxçu olaraq tarixə düşüb

13.05.2024 308
.

MEDİA müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edir. Agentlikdən -a verilən məlumata görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştira

13.05.2024 187
.

Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada 76 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, F.Sadıqo

13.05.2024 378
.

"Yaşıl ölkə - 2024" başa çatdı

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Yaşıl ölkə 2024" ekoloji avtomobillər yürüş-festivalı uğuqrla həyata keçirildi. Xatırladırıq ki, tədbiri Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasını

13.05.2024 238
.

Paşinyan və ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqazdakı hadisələri müzakirə edirlər

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, Nikol Paşinyan və Yan Borq Ermənistan hökuməti ilə ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Baş nazirlikdə

13.05.2024 193
.

Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi

Goranboy Rayon Məhkəməsinin hakimi Tural Mehman oğlu Ələkbərov vəzifəsindən azad edilib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında"

13.05.2024 238
.

"Azərbaycan Bolqarıstan münasibətləri yeni inkşaf mərhələsinə qədəm qoyub"-DEPUTAT

"Strateji tərəfdaş və dost ölkələr olan Azərbaycanla Bolqarıstan arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda dövlətlərarası əlaqələrimizin zəngin tarixi vardır. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri günbəgün inkşaf edərək Strateji tərəfdaşlı

13.05.2024 53
.

"Instagram Music" illər sonra Azərbaycanda aktivləşdi

"Instagram Music" illər sonra Azərbaycanda aktivləşib. Bu barədə sosial şəbəkədə texno-bloqer Fərid Pərdəşünas yazıb. Qeyd edək ki, gözlənilən funksiya hələ ki tam özünü doğrultmayıb. "Instagram Music"da çoxsaylı mahnılar yüklənməyib

13.05.2024 191
.

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini

13.05.2024 281