Yevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTO

Yevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTOYevlaxda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxundu.
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 104 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.
Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldurlar.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehtiyev çıxış edərək bildirib ki, yarandığı gündən daxili işlər orqanlarının şərəfli xidmət yolu keçdiyini, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu və sabitliyin, əmin-amanlığın qorunmasında fədakar xidmət aparıblar.
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin 104 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edərək şəxsi heyətə gələcək fəaliyyətlərində də uğurlar arzulayıblar.
Sonda 2 İyul Polis işçilərinin peşə bayramı günü münasibəti ilə və rayon ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılmasında, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə bir qrup polis işçisinə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Yevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTOYevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTOYevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTOYevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTOYevlaxda 2 İyul - Azərbaycan Polisi günü qeyd edilib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 462   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hindistanda toz fırtınası oldu: 8 ölü, 59 yaralı

Hindistanın Mumbay şəhərində toz fırtınası olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Onların yıxılmış reklam lövhəsi altında qalaraq öldüyü məlum olub. Bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) bildirib ki, dağıntıla

11:33 111
.

Ölkəmizdə də müdafiə naziri mülki şəxs ola bilərmi?

Nazirin hərbi və ya mülki şəxs olması məsələsi ölkə qanunvericiliyi və hərbi doktrinasında orduya verilən vəzifələrlə birbaşa bağlı olur. Avropa, ümumiyyətlə, NATO təcrübəsinə nəzər saldığımız zaman bir çox ölkədə mülki sistemdə fəaliyyət göstərən qadınların da müdafiə naziri təyin edilməsi təcrübəsini

10:50 229
.

Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib. Axşam.az xəbər verir ki, MHP başqanı kişi sənətçinin üzündə makiyaj, əynində ətəklə səhnəyə çıxmasını utancverici adlandırıb. "İsveçi

15:38 387
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

21:32 0
.

"Rusiya üçün Ermənistanın Aİ-yə üzvlüyü NATO kimi ağrılı deyil" - Politoloq

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Aİ-yə üzv olmağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, Rusiyanı daha çox qayğılandıran məsələ postsovet ölkələrinin Qərbin təhlükəsizlik sisteminə,yəni NATO-ya inteqrasiya mövqeyidir. Aİ ilə munasibətlərdə geosiyasi faktor ols

17:05 194
.

Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: "Günahım yoxdur" - VİDEO

Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb. xəbər verir ki, o, bu barədə öz "Instagram" profilində paylaşım edib. Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib. "Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bunda

16:07 608
.

Putin Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Çinə səfər edəcək. xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Rusiya lideri çinli həmkarı Si Cinpinin dəvəti ilə mayın 16 və 17-də ölkəyə səfər edəcək. Kremldən verilən açıqlamaya görə, Putin yenidən prezident seçildikdən sonra ilk xaric

20:15 77
.

Aİ İrana qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı Rusiyaya hərbi dəstək və Qırmızı dəniz bölgəsində fəaliyyət göstərən qruplara dəstək iddiası ilə İrana qarşı sanksiyaları genişləndirib. xəbər verir ki, bu barədə Aİ məlumat yayıb. "Rusiyanın Ukraynaya hücumunu, eləcə də İranın Yaxın Şərq və Qırmızı dəniz regionunda qeyri-dövlə

20:30 61
.

Qəzzada ölənlərin sayı 35173 nəfərə çatıb

İsrail Qəzzaya hücumların 221 gündür ki, davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 35 min 173 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində həlak olan insanların sayı son 24 saat ərzində 82 nəfər artıb. Qeyd edilib ki

12:52 123