"Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova

"Toyuma 1 həftə qalmış nişanlım küçədə məni döydü" - Məlahət Abbasova"Heç vaxt düşünməzdəm ki, Türkiyəyə gedərəm, orada ailə quraram. Düşünmədiyim bir həyatın içinə düşdüm. Türkiyəyə getməsəydim, burada Məlahət Abbasova yarımçıq qalacaqdı. Sənətini davam etdirməyəcəkdi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Məlahət Abbasova rejissor Nail Naiboğlunun "Qırmızı" layihəsində deyib. Şəxsi həyatından danışan aktrisa həyat yoldaşı Kamildən bəhs edib. O bildirib ki, Bakıdan gedəndə nişanlı olub:

"Ailə qurmağımdan artıq 30 il keçir. Özüm boyda oğlum var. Oğlum ailə qursa, nənə olacağam. Türkiyəyə getdiyimdə nişanlı idim. O insan haqda nələrsə söyləmək istəmirəm. Bakıda haqqımda çıxan dedi-qodular doğru deyil. Guya, toya 1 həftə, 1 ay qalmış getmişəm. Qismət... Bizim o insanla toy tariximiz 4 dəfə ləğv olundu: müəyyən qısqanclıqlar var idi. Türkiyəyə getməsəydim də toy olmayacaqdı.

Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. İyunun 7-də İstanbula qastrol səfərinə getdik, İyunun 15-də biz tanış olduq, avqustun 2-də isə evləndik. Bizi qaynım tanış etmişdi. Onunla Bakıya gələndə ailəlikcə görüşmüşdük. O, çox məşhur iş adamıdır. Qaynım məni çox istəmişdi. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim.

Türk vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı".

Aktrisa keçmiş nişanlısının ona şiddət göstərdiyini etiraf edib. M.Abbasova "Düzdür ki, toyunuza 1 həftə qalmış çalışdığınız teatrın qarşısında nişanlınız sizi döyüb" sualının təsdiqləyərək, bunları əlavə edib:

"Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Bəlkə qırıldığım nöqtə ora idi. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb. Qadın şiddətlərini oxuyuram, onu yaşadığım üçün qızlara üzülürəm. Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfədə toy təxirə salındı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1290   Tarix: 02 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qonca Vuslateri ana olandan sonra ilk dəfə paylaşım edib

Türkiyəli aktrisa Qonca Vuslateri ana ana olandan sonra ilk dəfə paylaşım edib. xəbər verir ki, aktrisa sosial şəbəkədə qızı ilə şəklini paylaşıb. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda bel

02.05.2024 812
.

Bəhram "kənd-şəhər" söhbəti etdi, tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib. OLAY yazır ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb. Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub. "Almaniyad

01.05.2024 957
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

12:04 392
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 397
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 976
.

"Çılgın Bediş"in ulduzunun oğlu cinsiyyət dəyişdirir

"Çılgın Bediş" serialının ulduzu Çiçek Dilligilin musiqiçi Bora Öztoprakla evliliyindən olan oğlu Ardahan cinsiyyət dəyişdirir. OLAY yazır ki, bununla bağlı Ardahan instaqramda foto paylaşıb. O, oğlan halında olan bütün şəkilləri hesabından silib. Yeni görüntülərini izləyiciləri ilə bölüşüb

17:00 323
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

14:22 719
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1828
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1117