Kişilər hansı səbəbdən falçıya gedirlər? – ARAŞDIRMA

Kişilər hansı səbəbdən falçıya gedirlər? – ARAŞDIRMA"Bir insanı ikinci dəfə falçıya getməyə vadar edən səbəb ilk görüşdə falçının ona verdiyi
ümiddir".
Bu fikirləri Sonxeber.az-a dörd dəfə falçıya müraciət edən Elçin Qəhrəmanlı (ad şərtidir)
bildirib.
"Falçıya getmək" deyəndə hamımızın ağlına qadınlar gəlir. Lakin araşdırma göstərir ki,
falçıya gedən kişilər də az deyil. Qadınların əsasən evlilik, sevgi məsələsinə görə falçıya
müraciət etməsi məlumdur. Bəs kişilər hansı səbəbdən falçıya gedir?
Elçin Qəhrəmanlı(ad şərtidir) : "Bir gün dostum dedi ki, yəhudi qadın falçı tanıyıram.
İşlərim düz getmirdi, onun yanına gedəndən sonra hər şey qaydasına düşdü. Məndə də
maraq yarandı. Əslində mənim problemim yox idi. Sırf maraq üçün getdim və gördüm ki,
şəhərin yarısı oradadır. Birinci mərtəbədən ikinci mərtəbəyə qədər insanla dolu idi və
gözləyənlərin hamısı qadınlar idi. Tək kişi mən idim. İlk öncə utandım və oranı tərk
etdim. Amma maraq məndən əl çəkmirdi. Falçını görməli idim. Üç gün sonra yenidən
getdim. Bu dəfə axşam getdim ki, bəlkə növbə olmaz. Bu dəfə 3 nəfər vardı. Biri içəridə
idi, ikisi növbə gözləyirdi. Növbə mənə çatdı. İçəri girdim. 50 yaşlarında qadın idi.
Proqnozlarının heç biri düz çıxmadı. Amma ikinci dəfə ona şans verdim. Bir insanı falçı
yanına getməyə vadar edən səbəb ilk görüşdə falçının ona verdiyi ümiddir. O falçı da
belə edirdi. İnsanlara ümid verirdi və onları özündən asılı hala salırdı. İkinci görüşdən iki
ay sonra yenə getdim. Kişilər də qadınlar qədər olmasa da falçıya gedirlər. Amma
qadınlardan fərqli olaraq kişilər sevgi, evlilik məsələsinə görə müraciət etmirlər. Kişilər
daha çox filan işi görsəm xeyir taparammı? kimi suallara cavab tapmaq üçün gedirlər.
Üçüncü dəfə gedəndə orda bir kişi var idi. Falçıya "Moskvaya gedim ya getməyim" deyə
gəlmişdi".

Bir neçə dəfə falçıya gedən Nazim Həsənli ancaq səhhətində olan problemə görə
falçıya getdiyini deyir: "Səhhətimdə problem var idi. Getmədiyim həkim qalmadı. Heç
kim diaqnoz qoya bilmirdi. İnsanın canı ağrıyanda bilmir nə etsin və çarəsiz qalır.
Falçıya getdim, lakin o da əlac tapa bilmədi. Sonda bir tibb elmləri doktoru,nevropotoloq
düzgün diaqnoz qoydu. Xəstəliyim panik atak idi. Falçıya getmək istəyənə məsləhət
görmürəm, pulları batacaq".

Azad Kərimov evlilik məsələsinə görə falçıya üz tutduğunu deyir: "Kəndimizdə məşhur
falçı var. Tanışımdır. Əslində bizim kənddə elə insanlara falçı yox molla deyirlər. Fal
üçün yox, tanış olduğu üçün qonaq getmişdim. Qardaşım evlənmirdi. Söz düşdü, dedim
ki, qardaşım üçün kitab aç. O da açdı, yazdı-pozdu, dedi ki, bu duanı başının altına qoysun, evlənəcək. Mənə də baxdı və dedi ki, göz dəyib. Amma deyəsən özünün gözü
dəydi. Axşam yuxuda başı öküz bədəni insan kimi varlıqlar gördüm".

Psixoloq Taryel Faziloğlu kişilərin falçıya getməsinin səbənini üç əsas amildə görür:
"Kişilərin falçıya getməsinin 3 əsas səbəbi var. Birincisi ənənəvi-mentaldır. İnsanlar
uşaqlıqdan bəri qohumlarının, ailə üzvlərinin falçıya getdiyini görüb-eşidirlər və bunu
normal qəbul etmələrinə gətirib çıxarır. İkinci sosial səbəbdir. Onların sosial çevrəsində
falçıya inanc olur və bu inancı onlara təlqin edirlər. Ən əsas və psixoloji səbəb isə
insanların, əsasən də kişilərin özünəgüvənsizliyidir. Bir iş görmək istədikdə və ya
müəyyən bir gərginlik yaşayanda özlərinə təskinlik, motivasiya axtarırlar. Bununla da
falçıların tələsinə düşürlər. Falçılar onlara eşitmək istədikləri sözləri deyirlər və özlərinə
bağlayırlar. Kişilər əsasən iş-karyera, xəstəlik qorxusu və çox az qismi sevgi-ailə
mövzusuna görə falçıya gedirlər".
Sosioloq Lalə Mehralı kişilərin əsasən iş-biznes səbəbindən falçıya getdiyini bildirir:
"Azərbaycanda ən məşhur özünü falçı, cadugər, ekstrasens adlandıranlara fikir versək
görərik ki, onlar kişi cinsinin nümayəndələridir. Bu digər millətlərdə də belədir. Əgər
kişilər falçılıq edə bilirsə, onların falçıya getməsi də bizi təəccübləndirməməlidir. Kişilər
falçı vədinə inanmağa daha çox meylli olurlar. Onlar əsasən gələcək iş-biznes planları
üçün falçıya gedirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 30 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264