Azərbaycanda Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir

Azərbaycanda Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedirİyunun 26-da - Silahlı Qüvvələr Günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Qeyd edilməlidir ki, birinci komando hərbi hissəsi 2021-ci il dekabr ayının 24-də azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra isə Ermənistanla sərhəd ərazidə yerləşən və mürəkkəb dağlıq relyefə malik olan Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı keçirildi. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan xalqı öz Silahlı Qüvvələri ilə fəxr edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib əzəli düşmənini məğlub edib, onu kapitulyasiya imzalamağa məcbur edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.
Keçən 30 ilərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da mühüm işlər görüldü. Ölkəmizin iqtisadi gücü artdıqca bu sahəyə daha çox vəsait ayrılması mümkün oldu. Ölkənin sürətli inkişafı iqtisadi müstəqilliyi təmin etdi. Yeni müasir silahlar alındı, ordunun maddi-texniki təminatı ən yüksək səviyyədə təmin edildi. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında yer aldı. Bütün bunlar Qələbəni yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı.
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Ölkə başçısının Kəlbəcər rayonuna son səfəri çox zəngin olub. Səfər çərçivəsində cənab Prezident Kəlbəcər rayonunda komando hərbi hissəsinin və yeni tikilmiş 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında, "İstisu" sanatoriyasının təməlqoyma mərasimində iştirak edib, "Çıraq-1" Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Həmçinin ölkə başçısı tərəfindən "İstisu" mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Prezident Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.
Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən digər ərazilər kimi Kəlbəcərdə də genişmiqyaslı tikinti-quruculq işləri böyük sürətlə həyata keçirilir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi ilə bağlı işlərə start verilib və vətəndaşlarımızın doğma yerdlarına qayıdışı üçün tədbirlər həyata keçirilir.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, qazı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 422   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 521
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

22:30 0
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

14:14 138
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

12:52 218
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" (VİDEO)

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. Qaynarinfo xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdə

11:10 461
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

16:50 88
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

21:30 0
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

21:20 0