"Ginekoloqun həyat yoldaşı gömrükdə işləyir" - Qonşusu danışdı

"Ginekoloqun həyat yoldaşı gömrükdə işləyir" - Qonşusu danışdıXəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.

BiG.AZ-ın məlumatına görə APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.

Həkimin yaşadığı binada təmizlikçi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:

"Həyat yoldaşı işə gedib-gəlir, heç bir psixoloji problemi yoxdur. Özü də Azərbaycan Dövlət Gömrük Komitəsində çalışır. İki övladları var - bir qız, bir oğlan. Həyəti təmizləyirdim, eşitdim ki, nəsə yerə düşdü və uşaqlar qışqırışdı. Gördüm başqa binadan adamlar baxır, dedi, adam yıxılıb. Eşitdim ki, Xalidə xanımdır. Baxdım ki, qanın içindədir. Beli, ayaqları qırılmışdı. Həyat yoldaşı və uşaqlar gəldi. Hamısı evdə idilər. Yoldaşı çox pis idi, cəsədə baxdı, qayıtdı. Polislər və təcili tibbi yardım gəldi, götürüb apardılar. Xalidə xanımın qardaşı, valideynləri də gəlib-gedirdi. Gözəl insanlar idi, bir dəfə pislik görməmişəm".

Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki "Hyundai Sonata" markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhumun həyat yoldaşının psixoloji problemləri olduğu xəbəri yayılmışdı. Bildirilmişdi ki, o, 10 ilə yaxındır evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

"Ginekoloqun həyat yoldaşı gömrükdə işləyir" - Qonşusu danışdı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2374   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR

Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər. -ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb. Belə ki, 2013-cü il təvəllüdlü Ə.M. (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər on

00:10 551
.

Ukrayna NATO üzvlüyündən imtina edə bilər?

"Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası danışıqlar zamanı Kiyevin təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər". Bu barədə Avstriyanın "Die Presse" nəşrinə Çexiya Prezidenti Petr Pavel bildirib. "Danışıqlar aparmaq olar, çünki Ukraynanın NATO-ya üzvlüyü, məsələn

11:20 148
.

Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir

Venesuela hakimiyyəti Qayana ilə mübahisəli ərazi hesab olunan Essequibo bölgəsindəki Cuyuni çayı üzərində körpü tikintisinə başlayıb. "Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Venesuela ordusunun strateji əməliyyat komandanlığının rəhbəri Dominqo Hernandez Lares bildiri

17:50 144
.

Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayonunun Nizami kəndindən keçən hissəsində qeydə alınıb. "Nissan" markalı minik avtomobilinin "TIR"a çırpılması nəticəsind

00:30 235
.

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur vilayətindəki postlarını bağlamağa başlayıblar. "Report" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Qeyd edilir ki, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında vilayətin Gorusl

14:51 319
.

Koronavirusa yoluxmuş dörd xəstədən üçü lazımsız antibiotik qəbul edib - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının yeni məlumatları göstərir ki, COVID-19 pandemiyası zamanı bütün dünyada xəstələri müalicə etmək üçün antibiotiklərdən həddindən artıq istifadə edilib. xarici mətbuata istinadən xəbər verir ki, bu, mikroblara qarşı müqavimətin yayılmasına şərait yaradıb. Qeyd olunur ki

20:30 132
.

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydaları sərtləşdirilib. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Təhsil eksperti Serob Xaçatryan deyib ki, Elm və Təhsil Nazirliyi təhsil yaşına çatmış uşaqların orta məktəblərə qəbulunda çətinlik yaratmaql

16:00 140
.

DƏHŞƏT: İtkin düşən 25 yaşlı Dilarə torpağa BASDIRILMIŞ HALDA TAPILDI - FOTO

Türkiyənin Elazığ şəhərində 8 gündür itkin düşən qadın bu gün torpağa basdırılmış halda tapılıb. BİG.AZ -a istinadla xəbər verir ki, bir uşaq anası olan 25 yaşlı Dilarə Günanə mayın 4-də səhər saatlarında evdən çıxıb. Axşama yaxın ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra narahat olublar. Telefonu

21:53 159
.

Nigeriyanın şimal-qərbindəki üç kənddən 100-dən çox insan qaçırılıb

Nigeriyanın şimal-qərbindəki üç kəndə basqın zamanı 100-dən çox insan qaçırılıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, Nigeriyanın şimal-qərbində yaraqlıların kəndlərdən, magistral yollardan və məktəblərdən insanları oğurlaması və qohumlarında

14:20 149