Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyiAzərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 DİM-i, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib. 2017 və 2019-cu illərdə iki Könüllü Milli Hesabat hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə olub.
Prezident İlham Əliyevin Vətənimizin inkişafı istiqamətində göstərdiyi fəaliyyəti xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliyin artması ilə də yadda qaldı. Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərdi. Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xarici siyasətin prioritet istiqaməti oldu.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi əlaqədar Prezident İlham Əliyevin cari ilin 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" adlı mövzusunda 11-ci sessiyası keçirilib. Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib: "İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər".
Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizin siyasi nüfuzunun artmasında, etibarlı tərəfdaş kimi böyük rol oynayır.

Aynur Xəlilova – yazıçı publisist


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Qəzzada atəşkəsin nə vaxt yaradılacağını açıqlayıb

Qəzza zolağında atəşkəs Fələstinin HƏMAS hərəkatı saxladığı girovları azad etdikdən sonra başlayacaq. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqton ştatında özünün seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində deyib. "HƏMAS girovları azad etsə, sabah Qəzzad

12.05.2024 134
.

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib

Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün təhsil qaydaları sərtləşdirilib. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Təhsil eksperti Serob Xaçatryan deyib ki, Elm və Təhsil Nazirliyi təhsil yaşına çatmış uşaqların orta məktəblərə qəbulunda çətinlik yaratmaql

12.05.2024 146
.

Rusiya hökumətində mümkün dəyişikliklər məlum olub

Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib. Təkliflərə əsasən, Denis Manturov Sənaye və Ticarət Nazirliyinin rəhbəri vəzifəsini tərk edərək baş nazirin birinci müavini olacaq. Baş nazirin ixtisaslaşmış müavini vəzifəsini Nəqliyyat Nazirliyin

12.05.2024 174
.

Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb

Bakının Nərimanov rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 2004-cü il təvəllüdlü İsayev Ömər Rövşən oğlu, 1989-cu il təvəllüdlü Heydərov Vəkil Adil oğlu, 1976-cı i

12.05.2024 181
.

Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb

Ermənistan polisi Eçmiədzində (Üçkilsə) silah-ursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb. "Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Eçmiədzinə səfə

11.05.2024 231
.

Ukrayna NATO üzvlüyündən imtina edə bilər?

"Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaqdan imtinası danışıqlar zamanı Kiyevin təhlükəsizlik zəmanəti ilə əvəz oluna bilər". Bu barədə Avstriyanın "Die Presse" nəşrinə Çexiya Prezidenti Petr Pavel bildirib. "Danışıqlar aparmaq olar, çünki Ukraynanın NATO-ya üzvlüyü, məsələn

12.05.2024 157
.

Hindistan XİN: "ABŞ-nin hökmranlığı sona çatıb"

"ABŞ-nin hökmranlığı sona çatıb". Bu fikri PTI-yə müsahibəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. "ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı bu gün faktiki olaraq sona çatıb. Birləşmiş Ştatlar hələ də dünyanın aparıcı gücü olaraq qalır. Amm

12.05.2024 168
.

Ağdaşda fərdi yaşayış evində yanğın baş verib - VİDEO

Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində baş verib. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətini

12.05.2024 121
.

Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA

Mayın 12-si saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Arabir güclənən şimal-qərb küləyi əsib. BİG.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

12.05.2024 238