Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilib

Paytaxt Bakının infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin edilibİyun ayının 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 11-ci sessiyası işini davam etdirib. Bu sessiyada videoformatda çıxış edin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra vacib məqamlara toxunub.
İlk növbədə qeyd edilib ki, 30 il əvvəl öz müstəqilliyini yenicə bərpa edən Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilib. Bu mühüm hadisə ilə əlaqədar bu ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Tədbirdə iştirak edən müxtəlif ölkələri təmsil edən nümayəndələr Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparıblar.
Cənab Prezident öz çıxışında vurğulayıb ki, "2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi" və "Yeni Şəhər Gündəliyi" dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsi təmin edilib. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bir sözlə Azərbaycan parklar ölkəsinə çevrilir. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Artıq şəhərdəki park, bağ və istirahət məkanlarının sayı 300-ə yaxındır.
Az müddət ərzində paytaxtımız Bakı şəhərində əvvəllər istifadəsiz olan, baxımsız qalmış, həmçinin bəzi işbazlar tərəfindən müxtəlif məqsədlərdən ötrü zəbt edilərək hasarlanmış ərazilərdə xeyli müasir park salınmış, həmçinin bir neçə park əsaslı təmir edilərək paytaxt sakinlərinin istifadəsinə verilib və bu prosses davam edir. Vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşır.
Ümid edirik ki, ölkə başçısının bu istiqamətdəki səyləri nəticəsində paytaxtımız Bakı şəhərində yaşıllıqların, istirahət parkları və bağlarının sayı daha da artacaq, bu parklarda vətəndaşlarımızın rahatlığı, istirahəti üçün yaradılan şəraitdən tam razı qalacaqlar.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 461   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrailin hava zərbələri nəticəsində Dəməşqdə SEPAH-a bağlı qruplaşmanın üzvləri öldürüldülər

Suriyanın paytaxtında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadına bağlı qruplaşmanın üzvləri öldürülüblər. Bu barədə "Azad İran" "Telegram" kanal xəbər verib. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İraqın "Hizbullah əl-Nücəba" yarımhərbi qruplaşmasını

11.05.2024 203
.

Leysan 28 nəfəri öldürdü

Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb. -ın "Reuters"-ə istinadən verdiyi məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb. İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbi

12.05.2024 188
.

ABŞ-ın Ukraynaya ayırdığı yardımın həcmi 51,3 milyard dolları ötüb

Amerika prezidenti Cozef Baydenin bütün fəaliyyəti dövründə ABŞ-dan Ukraynaya yardımın ümumi həcmi 51,3 milyard dolları ötüb. "Report" xəbər verir ki, belə rəqəmlər ABŞ Müdafiə Nazirliyinin hesabatında yer alıb. Pentaqonun məlumatına görə, bu məbləğin 50,6 milyard dolları hərbi əməliyyatı

12.05.2024 155
.

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO

Vətən müharibəsi qazisi Xəqani Muradov təhsil haqqını ödəyə bilmir. xəbər verir ki, o, Ukrayna Biotexnologiya Universitetinin tələbəsidir. 24 yaşlı gənc deyir ki, 1-ci kursu uğurla bitirsə də, 2-ci kursda təhsilini davam etdirmək üçün təhsil haqqı ödənişi etməkdə çətinlik çəkir. Milli Məclisin Elm v

12.05.2024 139
.

Keçmiş arvadı və onun sevgilisi ilə bir evdə yaşayan kişi qatil oldu - VİDEO

Keçmiş arvadı və onun sevgilisi ilə eyni evdə yaşayan kişi qatil oldu. Şaiqlə Rəna (Adlar şərtidir) ailə həyatı qurduqdan iki il sonra aralarındakı məişət mübahisələri səbəbindən boşanıblar. Onlar rəsmi olaraq ayrılsalar da, bir evdə yaşayırdılar. Nikah müddətində şəxsi pulla aldıqları əmlakı bölüşdürmə

12.05.2024 272
.

Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır

"Bəzi xarici qüvvələr elə göstərmək istəyirlər ki, güya Aİ-nin qapıları bizim üzümüzə açıqdır və Gürcüstan ora daxil olmağı gözləyir. Əslində isə bu qapını neçə illərdir döyürük və uzun illərdir üzümüzə bağlanıb". "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentini

12.05.2024 143
.

Makron Kremli hədələdi: "Əgər Rusiya həddi aşsa..."

Fransa Prezidenti Emmanuel Makron bir daha bildirib ki, o, Fransa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir. Bununla belə, o, belə bir addımın atılmasına ehtiyac olmayacağına ümid etdiyini deyib. "Ümid edirəm ki, Fransa döyüşmək məcburiyyətində qalmayacaq. Fransa sülhpərvərdir. Amma təbi

12.05.2024 235
.

Bayden Qəzzada atəşkəsin nə vaxt yaradılacağını açıqlayıb

Qəzza zolağında atəşkəs Fələstinin HƏMAS hərəkatı saxladığı girovları azad etdikdən sonra başlayacaq. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqton ştatında özünün seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində deyib. "HƏMAS girovları azad etsə, sabah Qəzzad

12.05.2024 134
.

Çexiya Prezidenti: Avropa Rusiyanın konstruktivliyinə eyni şəkildə cavab verəcək

Avropa Rusiyanın konstruktiv davranışına eyni şəkildə cavab verəcək. "Report" xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində deyib. "Rusiya nə vaxt konstruktiv davranarsa, Avropa da bunu etməlidir. Əgər Rusiya bizim maraqlarımız

12.05.2024 154