Məktəb direktorunun Dubay macərası

Məktəb direktorunun Dubay macərasıMəlum olduğu kimi, bir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Direktorun 14 ədəd həb içərək intihara cəhd etdiyi bildirilirdi. M.Qarayeva dərhal xəstəxanaya çatdırılmış və ona ilkin tibbi yardım göstərilmişdi.

Uşaqları kiçik yaşlarından şəxsiyyət kimi yetişdirən, onları həyatın çətinliklərinə hazırlayan təhsil müəssisəsinin rəhbəri hansı səbəbdən belə addım ata bilər? Məktəb direktorunu intihara nə məcbur edib?

Bu suallarla bağlı araşdırma apardıq.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən ona xəbərdarlıq olunub. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan "Qafqazinfo"ya ölkədə olmadığı halda adı məktəbdə gedən müəllimin olduğunu təsdiqlədilər.

Bildirilib ki, İdarənin əməkdaşları tərəfindən İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığı məlum olduqdan sonra həmin müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərilib:

"Aidiyyəti orqanlar tərəfindən təqdim edilən sorğunun cavabında məlum olub ki, məktəbin sabiq ingilis dili müəlliminin ötən il dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gəlməsi, bu il yanvarın 10-da isə Dubay şəhərinə getməsi faktı öz əksini tapıb.

Belə olduğu təqdirdə həmin müəllimin müəyyənləşdirilmiş müddət ərzində hesabına qanunsuz olaraq əməkhaqqı köçürülməsi faktı təsdiqini tapmış olur".

İdarədən həmçinin bildirilib ki, qeyd olunanları nəzərə alaraq həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib:

"Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olması müəyyən edilib.

Qeyd edək ki, siniflər üzrə müvafiq jurnallara nəzarət, dərslərin cədvəl üzrə fənn müəllimləri tərəfindən tədris edilməsi, ümumillikdə tədris prosesinə nəzarətin həyata keçirilməsi təlim-tərbiyə işləri üzrə direktor müavinin əmək funksiyasına aiddir. Əgər bir müəllim işdə olmursa, direktor müavinin ona göz yumması cinayət tərkibi yaradır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir".

Mövzu ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyevlə əlaqə saxladıq.

O, məktəb direktoruna təzyiqlərlə bağlı deyilənləri təkzib etdi.

Bildirdi ki, M. Qarayevaya işində yol verdiyi nöqsanlara görə xəbərdarlıq olunub, lakin o xəbərdarlığa məhəl qoymayıb.

Direktorun yerinə başqa təyinata gəlincə, A. Qədiməliyev bildirib ki, idarə tərəfindən məktəbə direktor təyinatı həyata keçirilmir:

"Məktəb direktoru kimi çalışmaq üçün imtahan vermək və müsahibədən keçmək lazımdır. Bu isə təhsil idarəsinin səlahiyyətində olan məsələ deyil".

Qeyd edək ki, Gəncədəki İsmət Qayıbov adına 1 nömrəli məktəb şəhərin ən qədim təhsil ocaqlarındandır. Əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulan məktəbdə müxtəlif zamanlarda tanınmış ziyalılar təhsil alıb və çalışıblar.

1992-ci ildən isə məktəbə bir vaxtlar orada təhsil almış sabiq baş prokuror İsmət Qayıbovun adı verilib. Mindən çox şagirdin təhsil aldığı sözügedən təhsil müəssisəsinə 2011-ci ildən isə Mətanət Qarayeva rəhbərlik edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1445   Tarix: 27 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381