Ata evindən oğurluq etdi, əri onu günlərlə döydü, evdən qaçdı, haqqında narkoman şayiəsi yayıldı

Ata evindən oğurluq etdi, əri onu günlərlə döydü, evdən qaçdı, haqqında narkoman şayiəsi yayıldıBiG.AZ Kulis.az-a istinadən müğənni, Əməkdar artist Mətanət İsgəndərli haqqında maraqlı faktları təqdim edir.

Mətanət Məhəmmədəli qızı İsgəndərli 14 iyun, 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub.

***

1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub.

1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb. Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.

***

"Gecədən sübhədək", "Solma gülüm", "Mənim adım eşq", "Toxunmayın", "Gecələr" kimi məşhur mahnıları ifa edib.

***

Mətanət İsgəndərli 80-ci illərin sonunda, 18 yaşında ikən polis işçisi olan Oruc Həmidov adlı bəylə ailə həyatı qurub. Bir-birlərini sevən cütlüyün bu evlilikdən Ülkər və Kərim adlı övladları dünyaya gəlib. Lakin onların evliliyi uzun sürməyib. Sənətçi ailə qurandan on il sonra ailəsində yaranan söz-söhbətlərdən, məişət problemlərindən bezib həyat yoldaşından ayrılaraq müğənnilik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Müsahibələrinin birində müğənni evliliyi haqqında danışarkən deyir:

"Əlbəttə, onu sevmişəm, balalarımın atası idi, göz açıb onu görmüşdüm. Uzaq qohum idik. Evlənəndə bir-birimizi heç görməmişdik. Nişandan dörd ay sonra görüşdük. Sonradan onu çox sevdim. Qısqanırdım, dəli kimi olurdum. Amma kənardan onu çox doldururdular. Gəlirdi, bütün hirsini mənim üstümə tökürdü, məni döyürdü. Bacım hər dəfə bizə gələndə görürdü, üzüm, gözüm göyərib, ağzım partlayıb. Amma mən yoldaşıma hər şeyi halal etmişəm. Çünki o məni balası kimi çox istəyirdi, heç kimə gücü çatmırdı, hirsini mənim üstümə gəlib tökürdü, gücü mənə çatırdı. O vaxt yağ tapılmırdı. Atam evinə gedəndə, mənə deyirdilər ki, götür uşaqlarını da get, evinə. Çünki o vaxt bizə elə tərbiyə vermişdilər ki, ər evindəki problemləri valideynlərimizə deyə bilməzdik. Onlara deyə bilmirdim ki, mən dərddən, uşaqlarımın aclığından onların yanına gəlmişəm. Mənim uşaqlarım ac idi, ona görə gedirdim atamgilə. Elə olurdu ki, atamdan, anamdan gizlin onların soyuducusundan balalarım üçün ət oğurlayıb aparırdım. Utanırdım onlara deyim ki, mənim uşaqlarım acdır. Mən uşaqlarımı supla böyütmüşəm. Əlimə bir damcı ət düşəndə, ona dəymirdim, balaca küftələr edib atırdım supun içinə ki, supun dadı olsun, uşaqlar heç olmasa, ət yesin. Uşaqlarım xəstələnəndə, qorxurdum, elə bilirdim ki, onlar xəstələnən kimi öləcəklər. Hətta kənara essensiya da qoymuşdum ki, uşaqlarıma nəsə olsa, özümü öldürüm".

2014-cü ildə müğənninin keçmiş həyat yoldaşı şəkər xəstəliyindən vəfat edir. Mətanət xanım onun barəsində danışarkən deyir:

"Mən çox dözdüm, axırda bir gün yenə məni ərim döydü, uşaqların beşiyinin ucu oğlum Kərimin gözünə girdi. Ondan sonra dedim, bəsdir. Uşaqlarımı götürüb yağışlı, palçıqlı bir gündə ayaqyalın evdən qaçdım. Ayrılmaq qərarına gəldim. İndi bir şeyə heyfsilənirəm ki, gərək o vaxtı onun əl-ayağına düşüb yalvarardım ki, o da mənimlə birgə atasının evini tərk etsin. Biz ayrılandan üç il sonra o evləndi. Bir dəfə bizə gəlmək istəyirdi, qapıda idi. Kərim qoymadı evə girsin, onu evə qoymadığıma görə indiyə qədər çox peşmanam. Uşaqdır, yəqin, düşünüb ki, valideynlərim ayrılıb. Bəlkə də, qismət belə olmalıydı.

30 ilə yaxın idi ayrılmışdıq. O, rəhmətə gedəndə mən nə qədər ağladım. Elə bilirdim ki, heç vaxt sakitləşə bilməyəcəyəm. Dayana bilmirdim. O qədər onun üçün yandım ki... İndi də yadıma düşəndə yanıram. Yoldaşımın ikinci həyat yoldaşı Gülsüm xanımla da münasibətim yaxşıdır. Niyə düşmən olaq? Mənə pislik etməyib ki... Ailəmi dağıtmayıb, evimi yıxmayıb. İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Rəhmətlik yoldaşımın qəbri üstünə onunla birgə gedirik".

Müğənninin qızı Ülkər Türkiyə vətəndaşı ilə ailə qurub və orada yaşayır. Oğlu Kərim isə Canana adlı xanımla ailə qurandan sonra onların üç övladı dünyaya gəlib. Lakin bir müddət keçəndən sonra cütlük arasında narazılıqlar başlayır, iş məhkəməyə qədər çatır və Kərimlə Canana boşanır. Canana Mətanət İsgəndərlini "özü üçün yaşayan insanların saflığından istifadə edən, yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadın" adlandırır. Uşaqları atalarında qalan Canana efirlərə çıxır, məhkəməyə müraciət edərək, uşaqlarının ona verilməsini tələb edir. Apelyasiya məhkəməsində uşaqlar anaya verilir. Qanun hələ qüvvəyə minmədiyi üçün uşaqlar atasıyla qalır. Uzun zaman gəlini ilə arasında olan qalmaqala görə medianın gündəmində qalan müğənni bir müddət əvvəl oğlu Kərimlə rəqqasə Fatimənin ad gününə gedir. Həmin ad gününə gedən Canananın sözlərinə görə müğənni onu ordan qovdurub:

"Məclisə dəvət edilməmişdim, jurnalist dostlarla konsertə gedirdik. Dedilər, ad günündə çəkiliş edək sonra. Mənim də Fatimə Fətəliyevaya hörmətim var. İstədim onu təbrik edim. Mətanət xanım məni dəhlizdə görüb dedi, çıxarın onu buradan. Elə bil düşmənəm, cangüdən də çağırdılar".

Bir neçə il əvvəl isə müğənni haqqında şayiələr yayılır, onun narkotik vasitələrdən istifadə etməsi barədə söz-söhbətlər gündəmi zəbt edir. Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərkən deyir:

"Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə".

***

Ancaq, deyilənlərə görə, müğənninin keçmiş həyat yoldaşı vəfat etməzdən bir müddət əvvəl mətbuata açıqlamasında müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurub:

"Mən Mətanəti evdən onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi".

***

Sənətçinin bacısı, eyni zamanda köməkçisi olan Təranə İsgəndərli bu məsələyə belə münasibət bildirib:

"Azərbaycan xalqı uzun illərdir ki, Mətanət İsgəndərlini tanıyır. O, xalqın gözü qarşısındadır. Narkoman olsa, bunu hamı bilər. Xəbər yalan olduğu üçün, bizi o qədər də qıcıqlandırmır".

Ötən il müğənni koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilir. Möcüzə şəklində sağ qalan müğənni xəstəxanadan çıxandan sonra mətbuata açıqlamasında deyir:

"Sağ qalmağım bir möcüzə idi. Ciyərlərim 75 faiz şüşə olmuşdu. Yaxşı ki o anda güzgüyə baxmamışam. Tamam gömgöy idim, ayaq üstə dura bilmirdim. Başına gələn bilir ki, nədir. Oğlum Kərim deyir ki, bilirsən nə gündə idin? Süni nəfəsi qəbul edə bilmirdim, hər dəqiqə çıxardıb atırdım. O vəziyyətdə razı idim ki, əlimi, ayağımı kəssinlər, təki nəfəs ala bilim. Bu xəstəlik məni büsbütün haldan salıb. Xəstəxanada olanda dəyərli şəxsiyyət Polad Bülbüloğlu zəng vurub məni tapşırtdırmışdı. Xalq artistimiz Zeynəb Xanlarova mənə zəng vurdu, səhhətimlə yaxından maraqlandı. 19 gün reanimasiyada qaldım. Neçə gün yatmışam, heç nədən xəbərim olmayıb. Oyandım ki, əllərim, qollarım bağlı, dişim sınıb. Narkoz altında məni yatızdırırdılar. Yanımda gündə bir xəstə ölürdü".

***

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır. 16 sentyabr, 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülmüşdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1148   Tarix: 25 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571