"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTOMöhtəşəm dizayn, yüksək məhsuldarlıq, 90Hz yeniləmə tezliyi ilə geniş ekran, operativ yaddaşın genişləndirilə bilən funksiyası - hər şeyin yaxşısı yeni "HONOR X" seriyalı smartfonlarda.

"HONOR" Azərbaycanda yeni smartfonlar seriyasını təqdim edib. Yeni "HONOR X" xətti münasib qiymətə yaxşı texniki xüsusiyyətləri özündə cəmləşdirən smartfonlar seriyasıdır. Çoxlu innovativ texnoloji həllər təklif edən yeni xətt müəyyən üsluba, müasir dizayna, müstəsna şəkil çəkmək imkanlarına və bütün gözləntiləri üstələyən məhsuldarlığa malikdir. Və bütün bunlar əlverişli qiymətə! Seriyadakı smartfonlar "Google Mobile Services" (GMS) ilə "Android 11"də işləyir.

"HONOR Device Co"nun baş direktoru George Zhao deyib ki, - "HONOR X" smartfonlar seriyası vasitəsilə biz innovativ texnologiyanı hər kəs üçün əlçatan etməyə çalışdıq".

Smartfonlara daha yaxından nəzər salaq - seriyada 3 smartfon var və hər biri müxtəlif qiymət seqmentindədir. Bu smartfonları üç əsas xüsusiyyət birləşdirir: 90 Hz yeniləmə tezliyi olan və "TÜV Rheinland" tərəfindən sertifikatlaşdırılmış parlaq ekran, "HONOR RAM Turbo" genişləndirilə bilən operativ yaddaş funksiyası və ən son "Qualcomm Snapdragon® 680" çipi.

Yüksək məhsuldarlı çip və "HONOR RAM Turbo" funksiyası.

X seriyalı smartfonun hər üçü yüksək məhsuldarlıq və enerji qənaətini təmin edən qabaqcıl 6nm "Qualcomm Snapdragon® 680" prosessoru ilə təchiz edilib. "HONOR RAM Turbo" texnologiyası operativ yaddaşı genişləndirməyə imkan verən fon proqramlarını sıxışdırmaq və açmaq üçün 2 GB daimi yaddaşdan istifadə edir. Məsələn, smartfonunda oyunu açan istifadəçi bu oyunu işə salmaq və düzgün işlətmək üçün çatışmayan operativ yaddaş miqdarını boşaltmaq üçün əvvəllər açılan tətbiqləri bağlamasa da olar. Bu, xüsusi alqoritmlər sayəsində proqram səviyyəsində avtomatik olaraq baş verir.

Göz mühafizəsi və 90Hz yeniləmə tezliyi ilə ekran

Bütün "HONOR X" seriya smartfonları 90 Hz yüksək yeniləmə tezliyinə malik böyük ekranlara sahibdir və bu, ekrana hər toxunuşda rəvan işləməyi təmin edir. Bundan əlavə, bu smartfonların "Full-View" displeyləri parlaq günəş işığında belə mükəmməl oxuna bilən aydın və parlaq mənzərə təqdim edir.

"HONOR X" smartfonları həmçinin "TÜV Rheinland Low Blue Light" sertifikatını, zərərli göy şüalanmadan qorunmaq üçün daxili göz mühafizə funksiyasının effektivliyini sübut edən cihazlara verilən beynəlxalq sertifikat alıb. Smartfonlar elektron kitab rejimində və ya "gecə" rejimində rahat oxunuşu və baxmağı təmin edərək, uzun müddət istifadə etdikdən sonra və ya az işıqlı şəraitdə belə gözlərinizin yorulmamasına imkan verir.

İndi "HONOR X7", X8 və X9 modellərinin necə fərqləndiyini anlayaq.

Böyük qardaş – "HONOR X9"

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X9" daha yüksək qiymət kateqoriyasına aid smartfondur. Bu, hamısı daha böyük yaddaş (6 GB RAM + 2 GB RAM Turbo), 2388x1080 piksel təsvir ölçülü 6,81 düyümlük "FullView" ekranı və həmçinin daha təkmil kamera sayəsindədir. Kamera bloku arxa qapağın yuxarı hissəsinin ortasında yerləşən dairə şəklində hazırlanıb. Kamera üçqatdır və əsas 48 meqapiksellik vahidə əlavə olaraq, boke effektli başqa 2 meqapiksellik kamera və 2 meqapiksellik makro kamera daxildir. Həmçinin aşağı işıqda belə istifadəçilərə heyrətamiz şəkillər çəkməyə imkan verən svetodiod işıqlandırılması var.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X9" iki xüsusiyyət sayəsində bloqerlər üçün mükəmməl cihazdır. "Dual View Recording" həm ön selfi kamerasından, həm də arxa əsas kameradan istifadə edərək eyni vaxtda iki fərqli bucaqdan çəkiliş aparmağa imkan verir. "Micro Movie Mode" funksiyası kənar tətbiqlərə ehtiyac olmadan video görüntüləri avtomatik birləşdirmək və redaktə etmək üçün sadə bir həll təklif edir.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTOLakin "HONOR X9"un onun qardaşlarından ən mühüm fərqi, cihazı cəmi 15 dəqiqəyə 50% və cəmi 30 dəqiqəyə 81% doldurmağa imkan verən super sürətli 66 Vt doldurmadır. 4800 mAh batareya ilə "HONOR X9" bir dəfə doldurulmaqla 16,8 saata qədər sosial şəbəkələrdə işləməyə, 12,8 saat video izləməyə və ya 25,6 saat danışıq imkanı verir.

Qiymət və satış nöqtələri.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X9" üç parlaq rəngdə mövcuddur: Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi. Smartfonu "Irshad" mağazalarından və irshad.az saytından cəmi 749 manata ala bilərsiniz. Həmçinin 12 aya, ilkin ödənişsiz, faizsiz ayda 60 manata əldə etmək mümkündür.

Orta sinif – "HONOR X8"

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTOİnanılmaz dərəcədə zərif və dəbli "HONOR X8" yalnız 7,45 mm qalınlığında və 177 qram ağırlığında nazik və yüngül korpusa malikdir. Smartfon 6,7 düyümlük parlaq "FullView" displeyinə, 6 GB RAM + 2 GB "RAM Turbo"ya və batareyanın uzun müddət işləməsinə zəmanət verən 4000 mAh batareyaya malikdir. Cəmi 10 dəqiqə ərzində 22,5 Vt "HONOR SuperCharge" ilə istifadəçilər "HONOR X8"i üç saat fasiləsiz onlayn video nümayişini təmin edəcək qədər enerji ilə doldura bilərlər.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X8" dördlü kameraya malikdir. Smartfon bir vahiddə 64MP əsas obyektiv, 120° baxış bucağı və f/2.2 diafraqmaya malik 5MP geniş bucaqlı obyektiv, həmçinin 2MP makro obyektiv və 2MP boke effekti üçün sensoru birləşdirir. Smartfon kameraları həm yeni başlayan fotoqraflar, həm də dinamik insanlar üçün idealdır.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTOQiymət və satış nöqtələri

Parlaq rənglərdə olan "HONOR X8" - Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi, "Irshad" mağazalarından və irshad.az saytından 599 manata əldə etmək olar. Bu smartfonu ilkin ödənişsiz, faizsiz, 12 aya, ayda sadəcə 50 manat ödəməklə ala bilərsiniz.

Kompromissiz qənaətcil – "HONOR X7"

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X7" X seriyasının kiçik üzvüdür. Aşağı qiymətə baxmayaraq, smartfon təkcə incə dizaynı, 4GB+ 2GB RAM Turbo operativ yaddaş həcmi, cəmi 8,62 mm qalınlığında nazik korpus, əla kameralar və böyük 6,74 düyümlük displeylə öyünür, həm də uzunmüddətli avtonom iş üçün 5000 mAh gücündə batareya ilə. Bir dəfə doldurmaqla istifadəçi 20 saata qədər onlayn videonu izləyə və ya ard-arda 49 saat telefonla danışa biləcək. Bundan əlavə, smartfona 22,5 Vt gücündə super sürətli şarj cihazı daxildir ki, bu da sizə cihazı 10 dəqiqə ərzində 3 saat onlayn videonu izləmək üçün kifayət edəcək vaxta doldurmağa imkan verəcək.

"HONOR" şirkəti "HONOR X" smartfonlarının yeni seriyasını təqdim etdi - FOTO"HONOR X7" yeni başlayan fotoqraflar və yaradıcılar üçün idealdır. 48 meqapiksellik "Ultra-Clear" əsas kamera, hətta az işıqlı şəraitdə də fotoşəkillərdə aydın cizgiləri göstərməyə imkan verən intellektual çoxkadrlı sintez alqoritmi ilə təchiz edilib.

5 meqapiksellik f/2.2 geniş bucaqlı kamera istifadəçilərə kadrda daha çox element saxlamaqla şəkil çəkməyi asan və rahat edir. 2MP makro kamera ilə istifadəçilər ən kiçik detalları belə qaçırmayacaqlar, 2MP boke- kamera isə vizual olaraq xoş portretlər yaradır.

Qiymət və satış nöqtələri

"HONOR X7" üç canlı rəngdə mövcuddur: Titan Gümüş, Gecəyarısı Qara və Okean Mavi. Smartfonu "Irshad" mağazalarından və irshad.az saytından 499 manata ala bilərsiniz. Bu smartfon da 12 aya ilkin ödənişsiz, faizsiz, ayda cəmi 41.67 manata sənin ola bilər.

"HONOR X" hər kəsin ürəyincə olan smartfonlar seriyasıdır.

İstər 66 Vt super şarjlı "HONOR X9", istər incə dizaynlı "HONOR X8", istərsə də təkmil kamerası ilə "HONOR X7" olsun, smartfonunuz sizə gündəlik tapşırıqları tez həll etməyə kömək etməklə və "HONOR" texnologiyasının sehrini əlavə etməklə sizi sevindirəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4540   Tarix: 16 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245